İcbari tibbi sığorta sahəsində islahatlar aparılacaq - Nazir açıqladı
“Dövlət başçımızın qərarı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nazirliyin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə birləşdirildi. Bu fərmanın məqsədi məhz icbari tibbi sığorta sahəsində başlanmış islahatların davam etdirilməsi, islahatların daha da dərinləşdirilməsi və gücləndirilməsindən ibarətdir”.
Adalet.az xəbər verir ki, bunu Apa-ya və ARB24 televiziya kanalına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O qeyd edib ki, hazırda dövlət başçısının fərmanının icrası çərçivəsində nazirlikdə iki istiqamət üzrə xüsusi təhvil-təslim komissiyaları yaradılıb:
“Birinci komissiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşməsi prosesini təmin edir. İkinci komissiya isə Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinə ötürülməsini təmin edir. Ümumilikdə, ölkəmizdə çox geniş səhiyyə sistemi fəaliyyət göstərir. Bu həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm Səhiyyə Nazirliyi, həm də TƏBİB tərəfindən həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq biz də bu prosesə öz dəstəyimizi verəcəyik. Əlbəttə, qarşımızda duran bir sıra vəzifələr var. Həmin vəzifələrin icrası çərçivəsində biz əhalinin tibbi xidmətlərə olan ehtiyacının daha yaxşı, keyfiyyətli ödənilməsi, icbari tibbi sığorta çərçivəsində icra olunan proqramların əhatə dairəsinin artırılması və keyfiyyətinin yüksəlməsini hədəfləmişik. İnanırıq ki, bu istiqamətdə atacağımız addımlar effektiv olacaq. Hazırda əsas hədəfimiz sistemin tam şəkildə rəqəmsallaşmasına nail olmaqdan ibarətdir. Göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşma prosesinə ciddi dəstəyin verilməsi bu prosesin daha da genişlənməsidir. Hökumətin birgə fəaliyyəti ilə həyata keçirilən tədbirlər nəticəsində əlçatanlığın, keyfiyyətin, göstərilən xidmət sayının artırılması əsas hədəflərimizdəndir”.
Digər Xəbərlər
21 Aprel 2026 16:32
Metro niyə dayanmışdı? - SƏBƏB AÇIQLANDI
21 Aprel 2026 16:30
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
21 Aprel 2026 16:29
4 qatar tuneldə qalıbmış
21 Aprel 2026 16:20
İndoneziya ilə hava əlaqələrinin gücləndirilməsi müzakirə edildi
21 Aprel 2026 15:51
Nazir Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
21 Aprel 2026 15:07
Metro fəaliyyətini bərpa etdi - YENİLƏNİB
21 Aprel 2026 14:07
Bu hadisə artıq iki uşağın davası deyil – Psixoloq
21 Aprel 2026 13:49


Bakı -°C

