10 Aprel 2019 16:25
13879
MƏMLƏKƏT

İBADƏT VƏ İTAƏTDƏ MAHİYYƏT

Quran və çağdaşdünya

Müasir dünya vəçağdaş cəmiyyət münasibətlərinin həmişəcavan və həmişəyaşar Quran ayələrilə şərhinəcəhd göstərilərsə, Peyğəmbər(ə) dövründə olduğu kimi, bu gün də Yəsin 60 ayəsindədiqqəti cəlb edən "Ey Adəm övladı" xitabı və "ibadət"terminidir. Çünki "Ey Adəm övladı, Şeytana ibadət etməyin!" Quran ayəsi,heç vaxt bugünkü qədər aktual olmayıb. Belə ki, bəlaların atla gəlib piyadagetdiyi bu dünyada: süpergüclərin sürətlə silahlanması; ədalətin yox, gücünhaqlı sayılması; Allah kəlamlarının nəfs və şeytanın istəyinəuyğunlaşdırılması; valideynlərin qocalar evinə, körpələrin zibil qutularınaatılması; əhd-peyman, vəfa və sədaqətin "müasirliyə" qurban verilməsivə digər neqativlər artıq qəbul edilmiş normalara çevrilib. Həmin səbəbdən 1400il bundan əvvəl bəşərə xitab edilən "Ey Adəm oğulları" kəlamının hikmətiolaraq, Quran çağdaş insana xatırladır ki, Şeytan sizin ata-babalarınızın ulubabası Adəmi Cənnətdən qovdurduğu kimi, sizi də aldadıb öz toruna sala bilər:"Ey Adəm oğulları! Şeytan Adəm və Həvvanı Cənnətdən qovdurduğu kimi, sizidə aldadıb yoldan çıxartmasın" (Əraf 27). Deməli, Şeytan həm Adəm(ə), həmdə onun oğullarının - bizim açıq-aydın düşmənimizdir. Bəşər nəslini əzəldən bəyənməyənbelə düşmənlə mübarizədən qalib çıxmaq əlbəttə, Allaha və Onun Peyğəmbərinə itaətedib, Allah kəlamlarından qaynaqlanan demokratik, humanist, ədalətli qanunlaratabe olmaqla mümkündür.

Ayədə diqqətəşayənifadələrdən biri də itaət, səcdə terminlərini özündə ehtiva edən ibadətsözüdür. İbadət - Rəbbin əmrlərini yerinə yetirmək, yasaqlarından qaçmaq vəOnun rizasına uyğun yaşamaq deməkdir. Göründüyü kimi, ibadət üç əsas tələbüstündə bərqərar olub. Birincisi, Allahın əmrləri - namaz, oruc, zəkat və s.kimi əməllərdir ki, buna da saleh əməl deyilir. İkincisi, Allahın yasaqları vəqadağalarından - içki, qumar, zina, böhtan, həsəd, qeybət və digər neqativ-lərdənqaçmaqdır. Buna təqva deyilir. Üçüncüsü, Rəbbin rizasına uyğun hərəkətlərdirki, bu da xeyirli söz və əməl, xoş niyyətlə düşünülən və deyilən hər birşeydir. Bir sözlə, geniş mənada ibadət, bəndənin Allah rizasını qazanmaq üçünyol üstündəki tikanı götürməsindən, ta namaz vaxtı səcdədəki durumuna və sonra da bu səcdənin bəxş etdiyi nurlaBayraq və Dinini canı bahasına qorumasına qədərki haqq sözü və saleh əməlidir.

İbadətdə ixləs vəehsanın rolu

İbadət hər şeydənöncə bəndənin yaradılış qayəsidir. Çünki Allahu-Təala insanları özünü tanıyıb(özünü tanıyan Rəbbini tanıyır) iman etməsi və Ona ibadətdə bulunması üçünyaradıb: "Mən cin və insanları yalnız Mənə ibadət etsinlər deyəyaratdım" (Zəriyət 56). İbadətin Allah dərgahında qəbul olunması üçünyeganə şərt ixləsidir (xalis, saf, təmiz, səmimi niyyət). İxləs ibadətinAllahın əmri olduğunu bilib, Onun rizasını (razılığını) qazanmaq üçün bəndəyəverilən bir vəsilədir. İxləs ibadətin özü, mayası, ruhu hökmündədir. İxləssizedilən ibadət qeyri-səmimi, süni, reklamxarakterli olduğu üçün, onun Allah dərgahında heç bir dəyəri yoxdur. Belə ibadətedənlər barədə Rəbbimiz buyurub: "Vay o namaz qılanların halına ki, onlaribadətlərindən bixəbərdirlər" (Məun 4,5). İbadətini ixləslə edən bəndəOndan heç cənnət də ummur. İbadətinə görə, Rəbbindən Cənnət istəyənin ibadətial-ver, sən-mənə, mən-sənə prinsipi üzərində qurulduğu üçün, belə ibadət taciribadəti sayılır. İbadətini ixləslə edən bəndə bunu Cəhənnəm qorxusundan daetmir. Belə ibadət imanı qeyri-kamil, ağlı yetərincə olmayan qulun, köləninqorxudan etdiyi ibadətdir. Təbir caizə,övlad valideynə nə onun varına, mülkünə, mənsəbinə, nə də "qamçısına"görə hörmət və itaət etməməlidir. Övlad valideyni özünün dünyaya gəlməsində birsəbəbkar, onu böyüdüb tərbiyə edən bir varlıq olduğu üçün sevməlidir.

Tövrata görəAllah Davud (ə)-yə buyurub: "Ən çox sevdiyim qul Məndən qorxduğu və ya birşey istəmək üçün ibadət edən deyil, ağalıq (məliklik) haqqıma diqqət edəndir".Zəburda isə yazılıb: "Mənə Cənnət və Cəhənnəm üçün ibadət edəndən zalımkimsə vardırmı? Əgər Cənnət və Cəhənnəmi yaratmasaydın, ibadətə layiqolmayacaqdım?"

Göründüyü kimi,ixləsə edilən ibadətdə qayə dünya malı yox, Rəbbi razı salan axirət sərmayəsidir. Yəni bəndə:"Ya Rəbb, özün bilirsən ki, Sənə ibadət edirəm. Sən də mənim filən işimidüzəlt" deyib, ibadətindən bir şey ummamalıdır. Zira ibadətdən məqsəd İlahi əmrə itaətdir, onun nəticəsi Rəbbinrizasıdır, səmərə və faydası da axirətdir. İxləslə edilən ibadətin əvəzi olaraq dünya və ya axirətdəhansı mükafatın verilməsi yalnız və yalnız Rəbbə aid məsələdir. Məgər bardaqonu hazırlayan dulusçudan bir şey tələb edə bilərmi?

İbadətdə ən yüksəkdərəcə ehsan (yaxşılıq, bağışlama, lütf, kərəm, xeyrat) mərtəbəsidir. Peyğəmbər(ə) ehsana belə tərif verib: "Ehsan bəndənin Allahı görürmüş kimi Ona ibadətetməsidir. Bəndə Onu görməsə də, fəqət O, bəndəsini görür". Belə xoşbəxt vəverimli bəndələr istənilən işlərində - ibadətlərində Allahın onları hər zamangördüyünə əmin olub, özlərinin də Onun hüzurunda olduğunu düşünərək Onunrizasını qazanmaq naminə yaşayırlar.

Bir ayənin klassiktəsiri

"Ey Adəmövladı! Məgər Mən sizə: "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!- deyə buyurmadımmı?!" (Yəsin 60). Böyük müfəssir İmam Razi (v.e.1210) TəfsiriKəbir (Böyük Təfsir) adlı əsərində bu ayəni çox gözəl açıqlayıb. O yazır:"Ayədəki "Şeytana ibadət etmə" kəla-mı, "Şeytana itaət etmə"anlamı kimi qəbul edilməlidir. Yəni insana sadəcə Şeytana səcdə etməyə qadağaqoyulmur. Ona əmr olunur ki, Şeytana uymasın və Şeytana itaət etməsin. Əkshalda "ita-ət" sözü "ibadət" anlamını daşıyar. Əgər itaət kəlməsiibadət anlamını versəydi, onda "Allaha, Rəsuluna və sizdən olan əmr sahiblərinəitaət edin" ayəsinə müvafiq olaraq, biz həz.Məhəmməd və əmr sahibi olankimsələrə ibadət etmişmi oluruq? Xeyr! Belə əmr sahiblərinə Allahın əmrilə itaətedilməlidir. Yəni onlara itaət etməklə, əslində Allaha ibadət edilir.

Allah mələklərə:"Adəmə səcdə edin!" (Bəqara, 34) deyə əmr etdikdə də mələklərin həz.Adəməyox, Allaha səcdə etməsini önə çəkib. Deməli, müsəlmanın Allah hüdudlarına məhəlqoymayan əmr sahiblərinə itaət etməsi də ibadət anlamını verir. Bu zaman ibadətAllaha yox, əmr sahiblərinə edilmiş olur ki, bu da şirkin özüdür".

Təfsirini davametdirən Fəxrəddin Razi yazır: "Sizə müəyyən məsələ barədə hər hansı bir məmurunəmr verməsi Allah kəlamlarına uyğundursa, ona əməl etmək lazımdır. Əgər məmurunəmri Allah və onun Rəsulunun kəlamlarına müvafiq deyilsə və bəndə bu əmri yerinəyetirirsə, deməli, həmin şəxsin yanında Şeytan var. Bu zaman edilən itaətŞeytana ibadətdir. Və ya, əgər nəfs insanı hər hansı bir şeyi etmək, yaxud söyləməküçün təhrik edərsə, həmin şeyin İslama görə caiz olub-olmamasına fikir verilməlidir.Caiz olmadığı halda insan nəfsə tabe olarsa, o, Şeytana ibadət etmiş olur.Şeytana ibadət etmənin dərəcələri var. Belə ki, insan bir iş gördükdə onun əzaları,qəlb və dili də həmin işə rəvac verir. Bəzən isə qəlb və dil həmin işin əksinəolur. Bu zaman insan xəcalət çəkir. Qəlb və dililə pis iş görənlər isə həmbatində, həm də zahirdə Şeytanın nökərləridir...".

İtaət

İtaət - sözəqulaq asmaq, tabe olmaq, əmri yerinə yetirməkdir. İtaətin dini anlamı isəAllaha, Onun Rəsuluna, Allah - Peyğəmbər(ə) kəlamlarına və onlardan qaynaqlanandünyəvi qanunlara əməl edən amirə (rəhbərə, əmr sahibinə) sözsüz tabe olmaq deməkdir.Peyğəmbər(ə) buyurub: "Kim mənə itaət edərsə, Allahu Təaləyə itaət etmişolar. Kim mənə üsyan edərsə, Allahu Təaləyə üsyan etmiş olar. Kim amirə üsyanedərsə, mənə üsyan etmiş olar". Quran isə buyurur: "Allaha və Peyğəmbərəitaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlərvə salehlərlə bir yerdə olacaqlar" (Nisə, 69). Səcdə isə alnı, iki ovucu,iki diz qapağını, ayaqların bar-maqlarını yerə toxundurmaqdır. İslam aləmininilk filosofu, dövrünün "dünyəvi elmlərlə şəriəti uzlaşdıran mühəndisi"Əbu Yusif Yəqub ibn İshaq əl-Kindiyə (v.e. 870) görə, səcdənin namaz xaricindəkianlamı itaətdir. O: "Otlar da, ağaclar da (Allaha) səcdə edər!" (Rahmən,6) ayəsindəki səcdə sözünün itaət anlamını verdiyini deyib.

İtaət sözününyalnız canlı, ağıl və iradə sahibi varlıqlar üçün keçərli olduğunu deyənfiloso-fun dövründə cazibə qanunu kəşf edilmədiyi üçün, o, planetləri də canlı,ağıl və iradə sahibi kimi qəbul edib. Bununla yanaşı, onun: "Planetlər ucaAllahın iradəsilə Ona itaət edir" tezisi, Quranın kainata baxışı ilə tamüst-üstə düşür. Kindiyə görə itaət, həm də natamamlıqdan kamilliyə doğru bir hərəkətdir.O hesab edib ki, bitkinin böyüyüb meyvə verməsi bir itaətdir.

Ərəb dilində itaət,amirin verdiyi əmri yerinə yetirməkdir. Amirin əmrini yerinə yetirmək isə ancaqiradə ilə mümkündür. İradə də yalnız düşünən ağıl sahiblərinə verilib. Planetlər,ulduzlar ağıl sahibi olmadıqları üçün onların "Allaha səcdələri" - hərəkətləri,yalnız ilahi bir qanunla, bir "Ol" əmrilə reallaşıb. Onlar namaz səcdəsiniedə biləcək orqanlara malik olmadığı üçün, həmin əmrə itaət etməyə məcburdurlar.Onlar bu əmrdən kənara çıxa bilməzlər və heç bir dəyişikliyə uğramadan Amirin(Allahın) əmrini yerinə yetirirlər. Bu itaət, əslində onların var olmasının,mövcudluğunun qarantıdır.

Qeyd edildiyikimi, "Otlar da, ağaclar da (Allaha) səcdə edər" ayəsindəki "səcdə"sözü də itaət anlamındadır. Onlar yoxdan var edən, hər şeyə qadir olan Allahın əmriləyerdəki köklərilə, bəziləri torpağa sərilmələrilə və budaqlarının əyilməsiləbir səcdə vəziyyətindədirlər. Həmin səbəbdən, Rəbbinə itaət edən bu varlıqlarüçün Quranda "Onlar səcdə edirlər" təbiri çox gözəl işlədilib.

İtaətin üçünvanı

"Ey iman gətirənlər!Allaha itaət edin, Peyğəmbərə itaət edin və özünüzdən olan əmr sahib-lərinə"(Nisə, 59). Bu ayəni bəzi təfsirçilər belə tərcümə ediblər: "Ey iman gətirənlər!Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin". Bu tərcüməyəgörə, Allaha, Peyğəmbərə və cəmiyyəti idarə edənə itaət etmək vacibdir. Quranda(orijinalda) isə sözügedən ayə: "Ətiyulləhə və Ətiyurrasulə və ulil əmriminkum" şəklində təsbit olunub. Ayənin orijinalından göründüyü kimi, QuranAllaha və Peyğəmbər(ə)-yə itaət (tabe) olunmasını, bilavasitə və birmənalı şəkildə"itaət edin" felilə təsbit edib. Təsbit edib ki, heç kimdə tərəddüd,şübhə olmasın. Deməli, Allah və Onun Rəsuluna itaət etmək müsəlman üçün məcburibir vəzifə və iman məsələsidir.

Hər iki dünya vəmülkün sahibi, yaradan və öldürən, mükafat və cəza verən mütləq mənada Allaholduğu üçün, Ona həm ibadət, həm də itaət etmək bəndənin bir qul borcudur. Həz.Məhəmmədisə Onun sevib-seçdiyi peyğəmbəri olduğuna görə itaət edilməlidir. O bizim kimibəşər olsa da, fəqət bizim Allaha qovuşmağımız üçün bir vəsilədir. Həz.Peyğəmbərinəlində olan vəsilə elə bir ipdir ki, o ip vasitəsilə Allah "görünür,eşidilir və hiss edilir". Çünki həmin ipin bir ucu, təbir caizsə, Allahın əlindədir.Quranın ilk təbliğçisi olan Rəsul Zişan(ə) buyurub: "Quran bir ucuAlla-hın əlində olan ipdir. Kim həmin ipin digər ucundan tutarsa, Allaha qovuşar".Necə deyərlər, həz.Məhəmməd elə bir parlaq güzgüdür ki, onda daim Allahgörünür.

İtaətin üçüncüünvanı "ulil əmri minkum", yəni cəmiyyətin içindən olan əmr sahibləri,rəhbərlərdir. Məlumdur ki, ictimai varlıq olan hər bir insan mənsub olduğu ölkənin,cəmiyyətin qanunları ilə yaşamağa borcludur. Həmin qanunlara isə əmr verməyə səlahiyyətiolan şəxslər nəzarət edir. Onlar 3-5 adamı idarə edəndən tutmuş, ailə və dövlətiidarə edənlərə qədər olan şəxslərdir. Lakin əmr sahiblərinə itaət yerində və bəlliölçülər içində olmalıdır. Deməli, hər əmr verən amirə itaət etmək doğru deyil.Elə orijinalda "itaət edin" felinin bilavasitə əmr sahiblərinə şamiledilməməsi də, bu hikmətdən doğur.

Sözün geniş mənasındaitaət, ictimai proseslərin demokratikləşməsinə rəvac verən bir keyfiyyətdir.

Allah kəlamlarından,Peyğəmbər(ə) sünnətindən qaynaqlanan bəşəri qanunlara itaət is-tənilən cəmiyyətinnicatıdır. Bu baxımdan, həmin qanunlara özü əməl edən, söylədiyini yaşayan vəyaşadığını söyləyən hər bir rəhbərə itaət Allahu Təaləyə ibadət, həz.Peyğəmbərətabe olmaq deməkdir. Əks halda, əmr sahibinə itaət Şeytana ibadət anlamını verər.Bu da Allaha üsyanın özü-dür. Zira deyilib: "Allaha üsyanda məxluqa itaətedilməz" (həz.Məhəmməd).

Beləliklə, 1400il bundan öncə "ulil əmri minkum" (sizdən olan əmr sahiblərinə) kəlamına"itaət" sözünü bilavasitə şamil etməyən Quran ayəsi, sonrakı dövrlərdədemokratik cəmiyyət qurucularına (Ş.Montestie və başqaları) "Qanun şahdır,şah qanun deyil" tezisini ortaya qoymaqüçün istinad ediləsi zəmin yaratdı.

O ki qaldı,dinindən asılı olmayaraq, həmin ilahi postulata kimin necə nail olmasına, bu, həmincəmiyyətin bilavasitə Allaha, Onun Rəsuluna və Rəbb kəlamlarından qaynaqlanandünyəvi qanunlara itaətindən asılıdır.

Postkriptum:Allahın heç bir şeyə ehtiyacı olmadığı kimi, bizim ibadətimizə də ehtiyacıyoxdur. İbadətə möhtac bizik. İbadət bizim mənəvi yaralarımıza dərman,ruhumuzun qidası, qəlbimizdəki xəstəliklərinşəfası, o dünyaya köç edərkən apardığımız sərmayədir.