adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 May 2015 17:52
6560
ƏDƏBİYYAT

I “Müasir nağıllar müsabiqəsi”nin qalibləri təltif edildi

 "Qafqaz Nəşriyyat evi” və AzərbaycanYazıçılar Birliyinin (AYB) birgə təşəbbüsü ilə təşkil olunan I "Müasir nağıllar” ədəbimüsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. AYB-nin "Natəvan”klubunda baş tutan tədbiri qurumun Yaradıcılıq məsələləri üzrə katibi, şair İlqar Fəhmi açaraq, müasir Azərbaycanədəbiyyatının bu sahədə olan problemlərinə toxundu. Bildirdi ki, Azərbaycanın məşhurnağıl personajları hələ ötən əsrdə yaradılıb. Onun sözlərinə görə, sovetdövründə uşaq ədəbiyyatı janrlara bölünürdü. Həmin dövrdə nağıllar sistemli şəkildəərsəyə gəlirdi. Məişət nağılları, fantastik nağıllar, qorxulu nağıllar və s.olaraq təqdim olunurdu. Ancaq hazırda bu sahədə çatışmazlıqlar mövcuddur. Bugün müasir nağıllara, yeni personajlarına ehtiyac var: "Uşaq ədəbiyyatı,xüsusilə də nağıllar çox çətin sahədir. Uşaqları aldatmaq olmur. İlk baxışdanağıllar asan görünür, amma mahiyyət etibarilə çox çətindir. Burada bütün incəliklərnəzərə alınmalı, inandırıcı olmalıdır. Təəssüf ki, bu gün Azərbaycanda uşaq ədəbiyyatıvə cizgi filmləri çox azdır və ya müasir uşaqların istəklərinə cavab vermir. Azərbaycanuşağı əcnəbi, ən yaxşı halda türk cizgi filmləri ilə böyüyür. Amma sevindiricihaldır ki, son vaxtlar bu sahədə irəliləyiş var, dövlət səviyyəsində işlərgörülür.

Daha sonra çıxış edən "Qafqaz Nəşriyyat evi”nin rəhbəri Fərhad Abbasəlidiqqətə çatdırdı ki, son bir ildə rəhbərlik etdiyi nəşriyyat uşaq ədəbiyyatınındərcinə üstünlük verir: "Bununla da, qələm adamlarının diqqətini sözügedən ədəbisahəyə yönəldəcəyimizə ümid edirik. Marağın artması üçünsə belə bir müsabiqənintəşkil edilməsi ən məqsədəuyğun idi”.

Layihənin koordinatoru, şair-tərcüməçi Əyyub Qiyas qeyd etdi ki, müsabiqəninbaşlıca məqsədi Azərbaycanda müasir uşaq ədəbiyyatının inkişafı və təbliği,habelə yeni nağıl qəhrəmanlarının yaradılmasıdır: "Layihəyə başlamağımızda məqsədmüasir uşaqların həyat tərzini, arzularını əks etdirən nağılların vəpersonajların yaranmasıdır. Amma ilk nağıl müsabiqəsi istədiyimiz kimi uğurlualınmadı. Çünki göndərilən yazıların əksəriyyəti nağıl yox, hekayəidi.Yaxud nağıllarda da uşaqlardan çox, böyüklərin anlayacağı ifadələr, fikirləryer alırdı. Ona görə də 1-ci və 2-ci yerlər təyin olunmadı. Cəmi bir nağıl 3-cüyerə layiq görüldü. Qalanları isə həvəsləndirici yerlə kifayətlənməli oldular”.

Ə. Qiyas onu da diqqətə çatdırdı ki, iyun ayında II "Müasir Nağıllarmüsabiqəsi"nə start veriləcək. Budəfəki müsabiqədə əvvəlki münsiflər heyəti də dəyişiləcək.

AYB-nin Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri QəşəmNəcəfzadə müsabiqəyə göndərilmiş hekayə və nağıllar, oradakı çatışmazlıqlar barədəsöz açaraq, gənc müəlliflərə öz tövsiyələrini verdi: "Göndərilən materiallardanyalnız biri – "Sehrli tütək” sırf nağıldır. Qalanları isə hekayələrdir. Amma bu hekayələr içərisində də maraqlı mövzular diqqəti çəkir, xüsusilə dəMübariz İbrahimov haqqında yazılmış hekayə çox maraqlıdır. Düşünürəm ki, bu müsabiqətanışlıq xarakteri daşıdı. Növbəti mərhələlərdə müsabiqənin şərtlərinə uyğunyazıların təqdim olunacağına ümidvarıq”.

Daha sonra qaliblər mükafat və diplomlarla təltifedildi. Vüqar Haqverdiyevin "Sehrli tütək” nağılı 3-cü yerə, digər hekayə müəllifləri:Aləmzar Əlizadə, Aynur Nuru, Müqəddəs Şahbazov, Təranə Vahid, Aygün Bünyadzadə,Mehriban Bünyadzadə, Elnurə Ağazadə, Nərmin Həsənova həvəsləndirici yerlərəlayiq görüldülər. Qeyd edək ki, ən gənc müəllifinin 10 yaşı var.

Qaliblərlə yanaşı, münsiflər heyəti də müvafiqdiplomlarla təltif edidi.

Xatırladaq ki, 5 ay davam edən müsabiqədə üçüncü yerin qalibinə 200 AZN, həvəsləndiriciyerlərin hər birinə isə 100 AZN nəzərdə tutulub. Müsabiqədə yer tutan əsərlər kitab şəklindəçap olunacaq.