adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Fevral 2018 13:21
54721
MÜSAHİBƏ

İ. İSMAYILOV: “Mən hüquqşünasam və qanunlara hörmət edirəm”

Adalet.az "Ədalət”Partiyasının sədri İlyas İsmayılovla müsahibəni təqdim edir:

- İlyas müəllim, qarşıdan gələn prezidentseçkilərini necə dəyərləndirirsiniz, seçkilərinin vaxtının qabağa çəkilməsi iləbağlı sizin fikirləriniz nədir?

-Seçkilərin vaxtının qabağa çəkilməsini mən hələ də həzm edə bilmirəm. Heçbilmirəm də ki, səbəbi nədir. Hər halda bunu düzgün hesab etmirəm, seçkilərvaxtında keçirilsəydi daha yaxşı olardı. İzah da verən yoxdur, nə istəyirlər,edirlər.

-Belə bir əsas gətirilir ki, 2025-ci ildə prezident seçkiləri parlamentseçkiləri ilə üst-üstə düşür. Seçkinin də önə çəkilməsi bu səbəbdən başverib...

- Bu,səbəb deyil, ciddi qəbul etmirəm.

- Seçkilərlə bağlı bir çox partiyalar öz mövqeləriniaçıqlasalar da "Ədalət” partiyasının mövqeyinə rast gəlmədik.

- Bizbu seçkilərdə iştirak etməyəcəyik.

- Bu baykot deməkdir, ya heç bir namizədin dəstəklənməməsi?

-Xeyr. Nə bir namizədi dəstəkləmirik, nə də baykot eləmirik.

- Partiya üzvlərinə seçkidə iştirak etməyiüçün heç bir qadağa qoyulmayıb ki?

-Xeyr, kim istəsə iştirak edə bilər.

- Prezidentliyə namizədlər arasında gənclərüstünlük təşkil edir. Onların şanslarını necə dəyərləndirirsiniz?

- Kimkonstitusiya hüququndan necə istifadə edir, etsin. Kim istəsə prezident seçkilərinənamizədliyini də verə bilər, kim istəsə kimisə dəstəkləyə də bilər. Bu onlarınöz işidir. Mən hüquqşünasam, qanuna da hörmət edirəm.

- İlyas müəllim, bu seçkilərdən sonra ölkədəsiyasi ab-hava dəyişəcəkmi? Hamı həyəcanla seçkiləri gözləyir. İstər ciddiislahatların keçirilməsi, hakimiyyətdə kadr dəyişikliyi baxımından.

- Mənheç bir dəyişiklik gözləmirəm. Əvvəllər də belə proqnozlar verilirdi, amma nəticədəheç bir yenilik baş vermirdi.


Söhbətləşdi:S. MAHMUDLU