Hyustonun qızı komadan çıxdı
Bu barədə onun atası tanınmış ifaçı Bobbi Braun açıqlama verib
Tanınmış amerikalı ifaçı Uitni Hyustonun qızı Bobbi Kristina Braun komadan çıxıb.
Adalet.az-ın "milli.az”-a istinadən məlumatına görə, bu haqda onun atası tanınmış ifaçı Bobbi Braun danışıb. O, Texasda keçirdiyi konsert zamanı "Bobbi oyanıb. O, indi məni izləyir", - deyib.
Xatırladaq ki, 22 yaşlı Bobbi Kristina Braun bu il yanvarın sonunda öz evinin vanna otağında huşsuz vəziyyətdə tapılıb. Onu həyat yoldaşı Nik Qordon və dostu tapıb. Xəstəxanaya yerləşdirilən Bobbi komaya düşüb. Həkimlərin bir neçə dəfə onu komadan çıxarmaq cəhdləri isə uğursuz olmuşdu.
Hadisə hələ də araşdırılır. Bunun intihar, bədbəxt hadisə, yoxsa qəsdən adam öldürməyə cəhd olduğu müəyyən edilməyib.
Digər Xəbərlər
29 Aprel 2024 12:25
Bu ölkədə qızılcadan onlarla uşaq dünyasını dəyişdi
29 Aprel 2024 12:09Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək
29 Aprel 2024 11:57Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
29 Aprel 2024 09:43Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir
29 Aprel 2024 09:42