“Hyundai Badamdar” MMC-də mənimsəmə faktı açkarlanıb
"Hyundai Badamdar” MMC-nin sabiq əməkdaşı Vüqar Musayevin qanunsuz hərəkətləri barədə cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, araşdırmalar zamanı V.Musayevin 10 aprel 2014-cü ildən 7 yanvar 2015-ci il tarixədək qeyd olunan şirkətin xəzinədarı vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırmaq yolu ilə ona etibar edilmiş cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fatla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
04 Aprel 2026 10:58
Azərbaycan İrana 200 tonluq humanitar yardım göndərir
04 Aprel 2026 10:54
Yol polisindən sürücü və piyadalara müraciət
04 Aprel 2026 10:52
Bakıda yenə subasma ola bilər - Nazirlikdən xəbərdarlıq
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00


Bakı -°C

