Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən...” - VİDEO
"Mən ərzaq almağa xəsislik etmirəm. Hər şeyin yaxşısını artıqlaması ilə alıram. Amma israfa qarşıyam".
Adalet.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə avtomobildə gedərkən sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.
İzləyicilərin suallarını cavablandıran cütlük gündəlik xərclərindən söz açıb.
"Aylıq xərcim dəhşətli dərəcədə çoxdur. Xərc məsələləri hər kəsdə fərqlidir. Görməmişi doydurmaq olmaz. Pulu lazımlı şeylərə xərcləyin".
Ayselin "İşdən çıxıb, ən azından restoranda 10 manatlıq yemək yemək olar" sözlərinə Hüseyn "İşdən çıxıb 80 manatlıq restoranda yemək yesən ürəyim partlayar".
Mövzu ətrafında məsələni yumşaltmaq üçün klarnet ifaçısının aktrisa xanımı "Hüseyn zarafat edir. O dediyi qədər xəsis deyil. Elə olsa, ürəyim sıxılar" deyə fikirlərini bildirib.
Canlı yayımdan bir izləyicinin "Həyat yoldaşınızla yaş fərqiniz çoxdur?" sualına A.İbrahimova belə reaksiya verib.
"Hüseynlə mənim aramda çox yaş fərqi yoxdur. O, məndən 10-12 yaş böyükdür. Yaş fərqimiz əladır".
Qeyd edək ki, Aysel İbrahimova Milli Dram Teatrının aktrisasıdır. Hüseyn Aysel cütlüyünün səkkiz ay əvvəl oğlan övladı dünyaya gəlib. Bu, Hüseynin ikinci evliliyidir. Onun birinci evliliyindən daha iki qız övladı var.
Digər Xəbərlər
13 Sentyabr 2026 17:00
“Yeraltı”nın yayım tarixi bəlli oldu
12 Sentyabr 2026 16:01
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - VİDEO
11 Sentyabr 2026 19:45
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
11 Sentyabr 2026 18:00
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - VİDEO
11 Sentyabr 2026 14:05
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik
11 Sentyabr 2026 13:49
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
11 Sentyabr 2026 10:59
Sonaxanım Əliyevanın adından dələduzluq edildi
10 Sentyabr 2026 18:00


Bakı -°C

