Hüseynbala Mirələmovun lider olduğu dairənin nəticələri ləğv edildi
33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə parlament seçkilərinin nəticələri ləğv edilib.
Trend-in məlumatına görə, həmin dairə üzrə deputatlığa namizəd Fuad Abbasov Mərkəzi Seçki Komissiyasına müraciət edərək qanun pozuntularının baş verdiyi üçün həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş edib.
İclasda bildirilib ki, araşdırmalar nəticəsində həmin dairədə seçkilərin nəticələrinə təsir edəcək pozuntular baş verib və bu pozuntular seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb. İclasda həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul olub.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hüseynbala Mirələmovdur.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57