adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Iyun 2019 16:47
43560
ƏDƏBİYYAT

Hüseyn Sözlünün şeirlərində su, nəğmə, qədər və zaman motivləri

Tanınmış şair Hüseyn Sözlününşeirlərində ən mürəkkəb fikir belə sadə və aydın bir dillə ifadə olunur. Oxucu şeiri oxuyanda əziyyət çəkmədən şeirin altqatlarına enir. Bu, ondan irəli gəlir ki, şair həm böyük yaradıcılıq yolu keçib, təcrübəqazanıb, dənizlə, onun xoş havası ilə daim təmasda olub, uzun müddət dənizdə işləyib, indi Dəniz Akademiyasında dərs deyir, müəllimdir, həm dətanınmış bəstəkardır. Ölkəmizdəvə xaricdə populyar bəstələrin müəllimidir.O, şeir yazanda sözlərin dilə,ürəyə yaxşı yatanını seçir, ona görə dəonun şeirləri su kimi axır, nəğmə kimioxunur, dəniz kimi təmiz və təzə-tərdir. O, bütün şeirlərində səmimidir, oxucuya yalandemir, sözündə mərdi – mərdanədir. Bəzən onun qoşmaları adaşı Hüseyn Ariflə səsləşir, lakonuk, aydın,bir az da şeirin sonunu novellavi bitirməsigöstərir ki, şairin böyük mütaliə və həyat təcrübəsi var.

Döyünür sinəmdə arzuyla ürək,

Necə ki, bitməyib qəlbimdədilək.

O taydan salamlar gətirən külək,

Məni çəkib Araz üstə gətirir.

Su təmizliyi, su lətafəti daimonun şeirlərinin arterialqanını təşkil edir. Yuxarıdakışeirdə də o taydan- cənubdan, Təbrizdənvə böyük şair Şəhriyardan əsən xəbərdolu külək onu Araz çayının sahilinəgətirir, şair suyla həmahəng olur, dərdini və yuxusunu suya danışır. Su, külək,ürək, arzu, dilək və sair ismlərbirləşərək onun böyük şair arzusununədəbi, içitimai- siyasi xəritəsiniçəkir. Sözlərin üyğun seçimi həmişəHüseyn Sözlünün yaradıcılığında mühüm rol oynayır.

Şairin şeirlərində həmişə biramal, bir arzu var. Onun adı "görmək”dir.O, dünyanı və problemlərdən yorulmuş həyatı həmişə firavangörmək istəyir.

Arzumdu dərəsi, düzünü görüm,

Bulaq pıçıldasın, sözünü görüm.

Dağların hər iki üzünü görüm,

Qəlbimin niyyəti o dağlardadır.

Şairin arzusu dünyəvidir. O nəyi görmək istəyirsə, orda sülh vəfiravanlıq var. Yuxarıdaki şeirdə o işarə əvəzliyi xüsusu məna kəsb edir. Yəni bu dağ hər dağdandeyil, o işarə əvəzliyinin üzərinə düşən güclü vurğu şairin sənətkarlığından,sözə məsuliyyətlə yanaşmasından xəbər verir.Şair o işarə əvəzliyinin yanınaayrı bir söz də qoya bilərdi və beləliklə, sözlərin sayını çoxaldardı. Şairbunu eləmir, şeirlərində az sözdənistifadə edir, sözlərin yerinin dar, mənasının isə geniş olmağınıistəyir. Ona görə Hüseyn Sözlü o işarəəvəzliyində vurğunu gücləndirməkləməqsədinə nail olur. Bu dağ sinə dağı da ola bilər, ya da adi bir dağ,deyək ki, Savalan, Qoşqar, Ağrı, Murov və başqa dağlar. Ancaq o dağlarınxatirəsi böyükdür, onun arxasında bir el yatır, bir şəhər, bir ölkə yaşayır.Yuxarıda saydığı ismlərin üstünə də bir "niyyət” sözünü əlavə etsək, artıq sözün mehrabi – eviqurulmuş olur.

Hüseyn Sözlünün şeirlərində mətnlər arası əlaqə özünü yeni birformada üzə çıxarır. Həyatda olduğu kimi, o, şeirlərində də hamıyla doğmalaşan,xalqda deyildiyi kimi hamıyla qaynayıb qarışanbir insandır. Özündən əvvəlki və sonrakı yaranan poeziya ilə daim fonetik,morfoloji və sintaksis əlaqəyə girir və beləliklə, enerji ötürmələri onu ətrafaləmdən, xüsusən keçmiş və gələcəkdənayıra bilmir. Onun Musa Yaqubun "qaradaşına” yazdığı şeirə baxaq:

İstəyirsən sinən üstə daş daşı,

Qardaş daha tanımayır qardaşı.

Öpüb əzizləmə gəl qara daşı,

Bu dünyanın ağ daşı da göyərməz.

İstər Musa Yaqubda, istərsə də Hüseyn Sözlüdə söhbət təbiətdəki ağ və ya qara daşdan getmir.Məsələ cəmiyyətin, sosial həyatın, içtimai vəziyyətin ağırlığından və həm dəonun poetik dərkindən ortaya çıxır.Nəinki qara daş, heç ağ daş da göyərəbilməz. Artıq poeziyamızın sivil və sivri təfəkkür ucunun bu daşa toxunması yaşadığımız həyatın polyar qışından, "dəvəniniynənin gözündən keçmək məsələsi”ndənxəbər verməkdir. Bəlkə böyük Füzulinindizinin üstə yazdığı əruzun iki beytində daş göyərə bilərdi, amma indi göyərməyimüşgüldür. "İahi, mən bu daşı götürüm, götürməyim” dileması da bir yandan səniəldən salır. Axı necə eləyəsən? Bu daşı götürəndə yazıq, götürməyən də. Hər ikişairin düşdüyü sosioloji vəziyyətin çıxış yolu ancaq şeir də bədii kəşf ola bilər. Bəli ağ və qara daşa göyərdə bilməyən və həm dəgötürə bilməyən, təcrübədə, heyrətdə qalaniki şairin çıxış yolu ancaq aşağıdakı daşdadır.

Bəndə tək torpağa qarışmaq üçün,

Bir daş kölgəsinə səsləyir məni.

"Daşın kölgəsi”(Qəbir daşı kimi) ifadəsi çox xoşuma gəldi. Indiyəkimi qəbir daşına kölgə deyən eşitməmişdim, bu da onu göstərirki, Hüseyn Sözlü daim axtarışda olan, yeniasiossasiyalar, paralelliklər yaradan şairdir.

İstər klassik, istərsə də müasir poeziyamızda qocalıq haqqında müxtəlif şeirlər yazılıb. Hərşair qocalığı müxtəlif görüntülər vəbənzətmələrlə işarələyib. Nizami Gəncəvi deyir ki, qocaların beli ona görəəyilir ki, onlar yerdə itən gənclyini axtarırlar. Füzuli isə tamam başqabir məna verir qocalığa. Deyir,qocaların belə ona görə əyilir ki, onlar dünya qapısından çıxmağahazırlaşırlar. Hüseyn Sözlü isə özsələflərindən bəhrələnərək qocalığın başqa bir tərəfdən fotoqraf kimi şəkliniçəkir. Əlbəttə ki, sözlərlə, özü dəilhamla.

Ürək yavaş – yavaş düşübdür haldan,

Qocalıq əsa tək asılıb qoldan.

"Qocalığın əsa kimi qoldan asılması” yeni bir tapıntı kimi diqqətimi çəkdi. Çünki burda ayrı bir çıxışyolu yoxdur. Ürək haldan düşübsə, qoldanmütləq əsa asılmalıdır. "Əsanın qoldan asılması” fkriqocalığın pasportudur. Yuxarıdadediyim kimi, Hüseyn Sözlü nədən yazırsa- yazsın fikrində səmimidir. O, qocalıqdan nə qorxur, nə də utanır. Əslində o, qocalığı fəxr və qürurla etiraf edir. Başqaşair olsaydı, bu hissi öz ürəyindən atardı. Əksinə Hüseyn müəllim ömrün bu qazancına ürəkdən sevinir.

Şair idrakı həmişə dünyanınsonunu və əvvəlini axtarır. Hardan gəlib hara getdiyini öyrənməkistəyir. Məhz burdan Allahın dərkibaşlanır. Həmişə poeziyanı heyrətdə qoyan və budelema qarşısanda dayanan şairhəyatı boyu, bəlkə də, bütün zamanlar axtardığıbir həqiqəti bilmək istəyib və istəyir. Tanrıya özündə çəsarət taparaqbir sual verir: "Tanrı, sənin dərgahına mən necə gəlim, çünki sənin yanında zaman yoxdur, gündüzgəlim, yoxsa gecə? Bu sual əbədi olaraqcavabsızdır. Son misrada axır ki, şair verdiyi sualın cavabını özündə tapır.

Heçiydim, hər şeyə yetdim,

Yenə dönüm heçə gəlim?

Demək, buradakı heçlik, əslində həqiqətin özüdür. Bundan başqa ayrıbir yol yoxdur, çünki "hökm onun hökmdürür, fərman onun fərmanıdır”.

Bəlkə təxəllüsündə söz olduğuna görəHüseyn Sözlü həmişə sözləoynayır. Özü də gözəl oynayır. Həmişə də bu, onun şeirlərinə yeni bir ovqat qatır,mətni şirinləşdirir, ona yeni bir gözəllikverir.

Şair Hüseyn Sözlü kimi,

Söz olmaq mənə yazılıb

Və yaxud

Sözlüyəm, sinəmə sığmır,

Dodağa köçür sözlərim.

Şair haqlıdır. Çünki hərəkət dünyanın enerjisidir. Necə ki, böyükşairimiz İmaməddin Nəsimi deyirdi: "Dünya duracaq yer deyil, ey can, səfər eylə.”Bəli, hər şey köçür, nəğmə də, insan da. Əslində "köçmək” olmasa, "gəlmək” də olmaz. Amma yenə burda şairin böyük bir etirafı məni ovsunlayır:

Çoxmu yazdım, azmı yazdım,

Bu qədərin yaza bildim.

Zəif yazdım, sazmı yazdım,

Bu qədərin yaza bildim.

Bəli, insana nə qədər imkanverilibsə, o qədərini yaza bilir. Ayrı bir lovğalığa ehtiyac yox. "Qədər” burada təkçə ölçü vahidi deyil, həm də ömür, bəxt, ölüm və həyat məsələsidir. Sondabu fikri daha ucadandeyirəm: Doğurdan da, Hüseyn Sözlünə yazıbsa, "saz” yazıb. Şair dostuma, Hüseyn Sözlüyə yeni - yeni yaradıcılıq uğurları arzulayıram!

Qəşəm Nəcəfzadə,

Şair, Əməkdar Mədəniyyət işçisi