adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Oktyabr 2018 12:13
173919
ƏDƏBİYYAT

Hüseyn Cavid günü – ƏN GÖZƏL ŞEİRİ


Hüseyn Cavid1882-ci ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb.İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə”adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə CənubiAzərbaycanda olmuş, Təbrizin "Talibiyyə” mədrəsəsində təhsilini davametdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909),Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimliketmişdir.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişafetdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizmininbanilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin,lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə vədramların müəllifidir. "Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çapolunmuşdur.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixifaciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycandramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinininkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı” kimi səciyyələndirilmişdir.Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətəmalik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan” (1914) əsərindəxalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır.Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır” ideyasına gəlibçıxmışdır.

Yaradıcılığında mühüm yer tutan "İblis” (1918) mənzum faciəsində dövrünbütün mürtəce qüvvələri – "insan insana qurddur” fəlsəfəsinin tərəfdarları,"iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş,işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan HüseynCavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirikvə lirik-epik şerlərlə qayıtdı.1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əksetdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər”(1922) və "Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı "Səyavuş” (1933), "Xəyyam”(1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışındaciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq” üsuli-idarəsi əsarətialtında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvərşair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz” dramı, 1930; "Kor Neyzən”poeması, 1930).

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan AzərbaycanSevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi:Hamlet İsaxanlı).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavidsosializmin "nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycanağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyətSibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutskvilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.

Bu gün böyük şairin doğum günüdür. Adalet.az bu münasibətlə şairin məşhur "Gülbahar”şeirini təqdim edir.

-Quzum, yavrum! Adınnədir?
-Gülbahar.
-Pəki, sənin anan, baban varmı?
-Var.
-Nasıl, zənginmidir baban?
-Əvət, zəngin, bəyzadə…
-Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
-Var əfəndim, var…lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-Çox doğru söz…
-Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
-Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
-Sonra kimlər?
-Sonra onun göndərdiyi elçilər.
-Başqa sevdiklərin nasıl, yoxmu?
-Var…
-Kimdir onlar?
-Anam-babam, müəlliməm, bir də bütün insanlar...