adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Oktyabr 2016 14:42
34096
HÜQUQ

Hüquqşünasların işi artıb

Əhali arasında daxiliproblemləri hüquqi müstəviyə aparan bir çox hallara günümüzdə rast gəlirik. Bəzilərişəxsi zəmində boşanmalar, bəziləri isə cinayətlərlə müşayiət olunur. Bunlarla bağlı məhkəmələrə daxil olan müraciətlərdə az deyil. Azərbaycanda fəaliyyət göstərənhüquq şirkətlərinə ən çox hansı şikayətlər daxil olur?

Qeyd edək ki, əsasbaxılan işlər arasında nikah, dələduzluq, şəxsi zəmində cinayətlər və s.proseslər yer tutur. Azərbaycanda statistikaya nəzər salsaq, son 6 ildə nikah vəboşanmaların sayı əks mütənasib şəkildə gedir. Yəni, nikahlar azalır,boşanmalar isə artmaqda davam edir. Əsasən xarakter uyğunsuzluğu fonunda başverən bu hallar 2014-cü ildən etibarən artmağa başlayıb. Ədliyyə Nazirliyindənkomitəyə daxil olan məlumatlara əsasən, sonuncu statistikaya görə, 2015-ci ildə68 985 nikah qeydə alınıb. Ötən il nikahın pozulması üzrə 12 886 fakt qeydəalınıb. E.Səfərov deyib ki, Azərbaycanda boşanma səbəbləri arasında"xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur. Ötən il Azərbaycanda busəbəbdən boşanmaların sayı 7318 olub. Ailə daxili zorakılıq (cinslər üzrəstatistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609boşanma faktı qeydə alınıb.

O cümlədən Azərbaycandatörədilən cinayətlər də artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatagörə, 2015-ci ildə ölkədə 26 916 cinayətbaş verib ki, bu da əvvəlki ilə nisbətən 9,4% artıqdır. Xatırladaq ki, 2014-cüildə ölkədə 2014-cü ildə ölkədə 24 min 607 cinayət hadisəsi baş verib. Bunlar arasında ən çox baş verən cinayətləroğurluqdur. Ötən il törədilən 26 mindən artıq cinayətin 6 338-i oğurluq, 3660-ı dələduzluq, 2 949-u narkotika ilə bağlı, 1 733-ü yol hərəkət hadisələri,1 112-i xuliqanlıq, 361-i qəsdən sağlamlığa ağır zərər vurmadır. Ötən il 203 qəsdənadam öldürmə hadisəsi qeydə alınıb.

Deməli, hüquq müdafiəçilərinindedikləri məntiqi izah edir. Adalet.az-ın Bakıda fəaliyyət göstərən Hüquq şirkətləriarasında apardığı sorğuya görə ümumilikdə bu il ərzində müraciətlərin sayıartıb. Onlar arasında başlıca olaraq cinayət faktorları, xüsusən də dələduzluqlabağlı müraciətlər daxil olur. Sonrakı mərhələdə şəxsi zəmində baş vermişdavalar və daha ağır fəsadlarla nəticələnən cinayətlər mövqe tutur. Hüquqşünasİntiqam Hacıyevin sözlərinə görə, bu məsələdə ümumi yanaşmaq nisbi xarakterdaşıyır: "Onu qeyd edim ki, hüquq şirkətləri istənilən məsələ ilə bağlımüraciətlərə deyil, hər bir hüquq şirkəti müəyyən məsələlərin həll olunması iləməşğul olur. Məsələn, çalışdığım şirkətlərdən biri ancaq ailədaxili məsələlərləbağlı hər hansı boşanma, aliment davası olduqda müraciətlərə baxır, digər birşirkət isə cinayət halları ilə maraqlanır. Yəni bu işdə lazımdır ki, fərqlişirkətlərin iş strukturuna nəzərə salaq. Ancaq ümumilikdə götürsək deyə bilərəmki, əsasən dələduzluq faktoru ilə bağlı müraciətlər olur və daha sonra isə ailədaxiliməsələlərlə bağlı boşanma və yaxud aliment,digər halda isə övladın atada,yaxud anada qalması ilə bağlı məhkəməprosesləri idarə olunur".

Hüquqşünas onu da əlavəedib ki, bu tip şikayətlərin içində əmlak məsələləri ilə bağlı da müraciətlərartıb.

Sələmçiliyin nə dini əsasıvar, nə də qanuni. El dili ilə desək, halal sayılmır. Amma sələmçilik günümüzdə populyar bir vasitədir. Üstəlik sələmçi iləmüştəri arasında uzun çəkən mübahisələr, davalar da yetərincədir. Əksəriyyət sələminriskli olduğunu desə də, bu və ya digər şəkildə oxşar problemlə üzləşib. Səsi məhkəmədəngələn sələmçi - müştəri davaları da azdeyil. Hüquqşünas Əkrəm Həsənov deyir ki, sələmlə bağlı məhkəmələrə ünvanlananmüraciətlərin sayı yüzlərlədir. Mübahisə obyektinə çevrilən məbləğlər isə 2mindən 30 min manata qədərdir.

Maraqlıdır, belə mübahisələr hansı şəkildə həll olunur. Hüquqşünas deyirki, məhkəmə çox vaxt borc verən və borc alan arasında notarial qaydada müqaviləolmadığını əsas gətirir.

Hüquqşünas deyir ki, sələmçiliyin yüksək faiz həddi də tənzimlənmir. Busəbəbdən çıxış yolu borc verənin vergiyəcəlb edilməsidir.

Hüquq şirkətlərinə tələbat nədən artıb?

Hüquqşünas Pərviz Məmmədov qəzetimizə açıqlamasında ölkədə hüquqi xidmətlərbazarının vəziyyətindən danışıb. O deyib ki, hüquqi xidmətlər bazarında dünyadatanınan xarici şirkətlərin yerli ofisləri, yerli hüquq şirkətləri və fiziki şəxslərfəaliyyət göstərir: "Xarici hüquq şirkətlərinin əsas müştəriləri irixarici şirkətlər və bir neçə aparıcı yerli şirkətdir. Bu hüquq şirkətləri özxidmətlərini yerli bazar üçün nisbətən baha təklif etdiyindən əksər hüquqi vəfiziki şəxslər bu xidmətləri almaq imkanına malik deyil.

Yerli hüquq şirkətləri əsasən ölkə daxilində fəaliyyət göstərən şirkətlərəvə fiziki şəxslərə xidmət təqdim edir. Fiziki şəxslər də fərdi qaydada hüquqixidmətlər göstərir. Onların müştəriləri də əsasən fiziki şəxslər olur, bəzən dəyerli şirkətlərə də xidmət göstərməyə çalışırlar. Bəzən şirkət rəhbərliyindəbelə bir fikir olur ki, hüquq şirkəti yalnız məhkəmə və digər dövlət orqanlarıqarşısında şirkətin mənafeyini müdafiə etməlidir. Lakin bu belə deyil, bizimhüquqşünaslar həm dövlət orqanları, həm bank və sığorta şirkətləri, həm icarədarlarvə təchizatçılar, həm də şirkətin müştəriləri ilə münasibətlərdə şirkətin maraqvə mənafelərini müdafiə edirlər".

Hər bir peşəkar xidmət sektorunda olduğu kimi hüququn da müxtəlif sahələrivar. Eyni hüquqşünas və ya hüquq şirkəti həm cinayət işləri, həm ailə-nikah məsələləri,həm mülki hüquqi məsələlər üzrə yüksək səviyyədə xidmət təqdim edə bilməz.Hüquqşünas bəzi həmkarlarını üniversal prinsiplərə söykənməyə dəvət edib:"Düşünürəm ki, hüquq xidmətləri göstərən şirkətlər və fiziki şəxslər özlərinikonkret bir və ya bir neçə sahə üzrə təkmilləşdirsələr, bu onların özləri üçünvə xidmət göstərdikləri müştərilər üçün də yaxşı nəticələnər. Biz şirkətdaxilində də hüququn müxtəlif praktik sahələri üzrə ixtisaslaşmış qruplarformalaşdırırıq. Bu, müştərilərimizə daha keyfiyyətli hüquq xidmətləri təqdimetməyə imkan verir. Hər bir praktiki qrup üçün fərqli təlimlər və inkişafplanları təsdiqlənir və icra olunur".

Hüquqşünas onu da qeyd edib ki, Azərbaycanda hüquqi xidmətlər bazarı əvvəlkidövrlərlə müqayisədə getdikcə genişlənib və bu sahədə ciddi canlanma var:"Bu da şirkətlərin çoxalması, iqtisadi münasibətlərin iştirakçılarınınartması, yeni qanunvericilik aktlarının qəbul olunması ilə bağlıdır. Əvvəllərşirkət rəhbərləri bir çox məsələləri hüquqşünasın rəyi olmadan həll etməyə çalışırdı,amma qanunvericilikdə dəyişikliklər artdıqca, qanunların tətbiqinə nəzarət gücləndikcəəksər şirkətlər hüquq şirkətlərinə üz tutur. Şirkət rəhbərləri hüquqşünaslarınrəyi olmadan addım atmamağa çalışırlar. Hüquq xidmətləri bazarı da buna görə genişlənir,hüquq şirkətlərinə, vəkilliklə məşğul olan şəxslərə müraciətlər artır.

Son dövrlərdə Azərbaycanda məhkəmələrin sayı artıb, ixtisaslaşmış yeni məhkəmələryaranıb ki, bunlar da keyfiyyətli hüquqi xidmətlərə tələbatın artmasına səbəbolur.

Rüfət Soltan