Hülya Avşara bənzərliyi ilə tanınan Neslihan Acar görənləri çaşdırdı - FOTOLAR
Türk kinosunun ən sevimli və bəyənilən aktrisalarından olan Neslihan Acar bu il 52 yaşını qeyd etdi.
Adalet.az xəbər verir ki, 1969-cu ildə İstanbulda anadan olan, 4 yaşından kameralar qarşısında olduğuna baxmayaraq tanınmış müğənni və aktrisa Hülya Avşara bənzərliyi ilə yaddaşlarda qalıb. 1994-cü ildə ünlü aktyor Kadir İnanırın qardaşı oğlu Ləvənt İnanırla 1 il evli olan Neslihan Acarın bu evlilikdən bir qız övladı var. 50-dən çox film və serialda çəkilən gözəl aktrisa görənləri yenə də heyran etməyi bacarmışdı.