adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Fevral 2019 09:56
10172
SİYASƏT

HÖRMƏTLİ SƏFİRLƏRİMİZ, SABAHINIZ XEYİR!

«26-lar»dabelə bir yer var ey, ingilis generalı əlində badə deyir, arxada da gözəl musiqigedir:

-Oturmuşuq İranın cənnət guşəsində…

İndi Avropadakı hörmətli səfirlərimiz, oturmusunuzAvropanın cənnət guşələrində, Allah işinizi avand eləsin. Camaat bir həftə Fransaya gəzməyəgetmək üçün, ya olsun Hollandiya, Almaniya, ya Belçika, İsveçrə altı-yeddi min avrodan keçməlidi.Maşallah, sizlər ilboyu ordasız, hələbuna görə pul da alırsız. Sağlıqla xərcləyin.

Vəyuxarıda adı çəkilən ölkələrdə dətelevizyonlar açıblar, sosial şəbəkələrdəqruplar yaradıblar , dövlətimiz, iqtidarımız,yusək vəzifəli dövlət məmurlarımız, eləcədə Möhtərəm Prezidentimiz haqqında hədyanlarsöyləyir, böhtanlar atılır, təhqirlər baş alıb gedir, hətta terrora çağırışlar: «ayövladlarınızın başını kəsəcəyik» və sair hədələr yağdırılır.Deyirəm, bəlkə bir az vaxt ayırıbhəmin ölkədəki dövlət qurumları ilə, onların səlahiyyətli orqanları ilə görüşəsiz, bir hüquqiişləm başladasız. Həm də ölkələrlə bizim həmsiyasi, həm iqtisadi, həm də hüquqi müqavilələrimizvar. Və sizlər də orda Azərbaycan dövlətinitəmsil edirsiz. Soruşuruq, bu məsələlərlə bağlı hər hansı bir addım atmısınızmı?

Cavabıhəm sizdən, həm də Xarici İşlər Nazirliyininmüvafiq idarəsindən gözləyirik.

Əgər burda hər hansıbir jurnalist və ya adi vətəndaş Fransada və ya ABŞ-da onların dövlətçiliyi mənafeyinə zərbə vuran və ya hansısaterrora çağırış edərsə, həmin ölkələrin Bakıdakısəfirləri çəkib adamın ciyərini çıxarar.

Sözgəlişi,deyirlər Çexiyadakı səfirimiz haqqında biznes məsələləri ilə bağlı araşdırma aparılır. Biz demirik ha, deyirlər.