adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Yanvar 2018 17:41
57025
MÜSAHİBƏ

Horadizdə erməni bayrağını endirdən oğlan

O,şahidi olduqlarından bizə danışdı.

Redaksiyamızın qonağı bir vaxtlar Xocavənd rayonpolis şöbəsinə rəhbərlik etmiş hazırda təqaüddə olan poluis polkovniki Sahib Həsənovdur.Onu redaksiyamıza dəvət etməkdə məqsədimiz 90-cı illərin təqvimini vərəqləməkxüsusilə uğurlui Horadiz əməkliuyatı barədə polkovnik Həsənovun xatirələrinioxucularımıza çatdırmaqdır. Məhz bu niyyətlə də "qonaq otağımzda” Sahib bəyəsuallarımız ünvanladıq.

Gənclikxatirələri

-Sahib bəy, doğulduğunuz kəndi, uşaqlığınızı necəxatırlayırsınız?

- 1959-cu il mart ayının 7-si Xocavənd rayonununMuğanlı kəndində doğulmuşam. İndi o zamnı xatırlamaq biraz ağrılıdır. Ona görəki, ən gözəl çağlarım o kənddə keçib. Orta məktəbi orada oxuyub bitirmişəm. Xocavəndin,o vaxtkı adı Martuni olsa da , əslində əvvəlki adı Cümə bazarı olub. Yəni təmizAzərbaycan türklərinin yaşadığı ərazi olub, ermənilər isəburaya köçürülmüşdülər.Rayon ərazisindəmüxtəlif kəndləri var idi ki, məsələn, Kirişli, Əppəkli, Çobanuçan və digəryer adlarından da göründüyü kimihamısı sırf türk mənşəli ərazilərdir. Mən ilk işimə Xocavənd rayonunun Daxiliİşlər şöbəsində başlamışam.

- Üzr istəyirəm, uşaqlıqda erməni uşaqları ilə necə,birlikdə oynamısınız?

- Bizim kənd rayondan Ağdam istiqamətində 5kilometr aralıda yerləşirdi. Biz ermənilərlə çox təmasda olmadığımıza görəonların dilini də bilmirdik. Amma mən rayon daxili işlər şöbəsində işləməyəbaşlayanda, xidmətə qəbul olunanda çalışdım ki, erməni dilini öyrənim. Çünkiçox millətçi idilər. İki erməni yan-yana söhbət edəndə yanında bizimkilərdənkimsə varsa onu təhqir edirdilər. Ən azından onları başa düşmək üçün bu dilibilməli idik. Həm də döyüş vaxtı erməni dilini bilmək işimizi asanlaşdırdı. Oki qaldı erməni uşaqları ilə təmasımız, bizim kənddə ermənilər yaşamadığına görəelə bir xatirəm yoxdur. Amma işlədiyim şöbədə 47 nəfər işçi var idi, 30-u erməniidi, 7-si isə bizimkilər. Mən polis məktəbinə getmək istəyəndə ermənilər mənimora getməyimi istəmirdilər. Deyirdilər ki, tutalım getdin, oranı oxuyubbitirdin, nə olacaqsan ki? Onsuz da bizdə bir sahə inspektoru var, o da nə vaxttəqaüdə çıxa, sənə yer açıla. O vaxtlar əmim Ağdam rayonun hüquq muhafizəorqanlarında işləyirdi. O mənim işlədiyim şöbəyə gəlib tələb edəndən sonra məniəlavə göndərişlə Bakı Milis məktəbinə göndərdilər. Mən oranı fərqlənmə diplomuilə bitirdim, gəldim diplomu rəisə göstərdim. Dedi ki, hə, nə olsun? Sonra sahəmüvəkkili kimi işlədim, daha sonra isə bütün bölmələr ləğv olundu. Hərəni biryerə göndərdilər, mən də Ağdam rayonun da cinayət axtarış üzrə əməliyyat müfəttişi təyin olundum.

"Ədalət"in o zaman ki cəbhə muxbiri Əbülfət Mədətoğlu polislərlə birgə ön səngərdə

- Bəs, müharibənin başlanması sizin xatirinizdə necəqalıb?

- 1988-сi ildə Dağlıq Qarabağda ermənilərləkonflikt başlayanda Dağlı Qarabağdan kənarda yaşanların çoxsunun bundan xəbəri yox idi. Məsələn,Tuğda yaşayanlar Füzuliyə gedib qayıdanda deyirdilər ki, orada qarşıdurma var,biz Ağdama gedib qayıdanda deyirdik ki, burada qarşıdurma var. Ermənilər Ağdamagedən avtobusu daşa basanda, biz də Stepanakertəgedən avtobusları daşa basırdıq. Amma bu hadislərin kökü 1965-ci ildəStepanakertin mərkəzində ermənilərin məhkumları aparan xüsusixidmət maşınını yandırmasındanbaşlamışdı. Özü də məhkəmədə onların günahsız olmağı da təsdiqlənmişdi. Xankəndişəhərindəki polis idarəsinin yanında şam ağacları var idi. Ora gedəndə bizəgöstərdilər ki, gəlin, baxın, adamları bu ağaclara bağlayıblar, yandırıblar,ağaclarda hələ də izlər qalıb. Bundan sonrabiz hətta o vaxtlar paltarımızın altından belimizə tros bağlayırdıq ki,işdir, birdən nəsə olsa, vəziyyətdən çıxa bilək. Yadıma gəlir, Martunun polisidarəsindəki iclasda hamı yığılsa da bircə rəis hələ gəlməmişdi. O gələnə kimiadamların arasında erməni-müsəlman söhbəti müzakirə olunmağa başladı. Gördükki, bunlara söz çatdıra bilmirik, mən qəfil qalxıb o vaxtlar siyasi büronun üzvü olan Ulu öndərHeydər Əliyevin şəkilini öpdüm.

- Şəklini öpdünüz?

- Bəli... O vaxtlar da divardan asılan şəkillərinsırasında Qarbaçovdan sonra Ulu öndərin şəkli asılmışdı. Mən millətpərəstidim. Bunu görən ermənilər mənə qarşıonun şəklini öpməyimlə bağlı ağır ifadələr işlətdilər, mən də onların cavabınıverdim. Polislərdən biri mənim yaxamdan yapışdı, mən də onun yaxasından. Məndənboyca hündür idi, amma onu vurmağa gücüm çatardı. Gözləyirdim ki, birincio vursun. Bunu xatırlatmaq da məqsədim odur ki, yəni erməni-müsəlman söhbəti bizdə həmişə olub. BizAzərbaycan türküyük, azərbaycanlı anlayışı yer, məkan mənasını daşıyır.Rusiyalı başqa, rus başqa, ruminyalı başqa, rumın başqa. Tarixə nəzər salsaqgörərik ki, Qarabağ xanı Pənahəli xanın adının qarşısında milliyəti türk olaraqgöstərilib.

Qondarmarespublikanın bayrağı....

Endirildi...Tapdalandı və tarixin arxivinə verildi.

- Keçmiş Martuni rayon polis şöbəsi düşmənlərin nəzarətialtına keçəndən sonra siz haraya üz tutası oldunuz? Və ümumiyyətlə sonrakıhadisələr necə yadınızda qalı..

- Çox qısa zamandan sonra Daxili işlər nazirinin əmriləXocavənd rayonun polis şöbəsi yarandı. Bu şöbəyə Hadrud və Martuni rayonundanolan, yəni əvvəllər milis şöbələrində işləyən əməkdaşlardan ibarət kollektivformalaşdırıldı. Bunda da əsas məqsəd torpaqlarımızı qaytarmaq uğrunda apardığımızişdə ön cərgələrdə olmaq idi. RPŞyaranan kimi özünümüdafiə dəstələrində döyüşən uşaqları yanımıza cəlb elədik.Və beləcə biz birlikdə döyüş yolu keçdik.

- Hər birimizin qan yaddaşına uğurlu Horadiz əməliyyatıyazılıb. .. Bildiyimizə görə bu əməliyyatda sizin şöbə də iştirk edib...

- Bəli... Bu böyük bir tarixdir, özü də çox şərəflitarixdir. Bugünkü kimi yadımdadır. 1994-cü ilin yanvar ayının ilk günündə bizimuşaqları Martuni istiqamətindən Horadiz istiqamətinə dəyişdilər. Daxiliqoşunların komandanı general Ramiz Məmmədov xüsusi əmr imzalamışdı. Əmrə əsasən,Horadizə hücum edəcək daxili qoşunların önündə Xocavənd uşaqları gedəcəkdi. Bizhəmin anı səbrsizliklə gözləyirdik. Yanvarın 4-ündə sübh tezdən hücum əmriverildi. İnanın ki, uşaqlar qartal kimi şığıyırdılar, düşmənsə qaçırdı. Onlarınbu qaçışı bizi daha da həvəsləndirirdi. İndinin özündə də düşünürəm ki, onda dayanmaqəmri gəlməsəydi bəlkə də lap çox irəlilərə gedə bilərdik. Amma biz əmrə tabe əsgərik.Horadizə ilk daxil olan, təbii ki, Araz çayı boyunca Xocavənd polisi oldu.Ərazini tanıyanlar bilir, Horadiz şəhərində İrana keçid yolu var. Həmin keçidinüzərində diqqətimi bir bayraq çəkdi. Üstündə xaç olan bu bayraq qondarma DağlıqQarabağ respublikasına aid idi. Mən əmr verdim, Xan Eyvaz kimi şöbədə sayılıbseçilən polis nəfəri bayrağı endirməyə başladı. Bu zaman üzbəüz istiqamətdən, yəniİran tərəfindən bizə atəş açdılar. Dərhal qarşı tərəfə müraciət etdik. Onlatınsərhəd dəstəsinin komandiri ilə əlaqəyə girib bildirdim ki, biz Azərbaycanındaxili qoşunlarının əsgərləriyik və öz bayrağımızı bərpa edirik. Üstəlik, siz dərazı olmazsınız ki, Azərbaycan-müsəlman bayrağının yerində hansısa bir düşmənin,işğalçının, ermənin bayrağı dalğalansın.


Bu razılaşmadan sonra İran tərəfi öz mövqelərinə çəkildivə biz çəkib yerə saldığımız bayrağı uşaqların ayaqları altına atdıq. Onlarbayrağı necə lazımdı tapdaladılar. Əvəzinə öz sərhədçilərimizdən aldığımızmilli bayrağımızı rəsmi bir şəkildə yenə Xan Eyvaza daimi yerində dalğalanmasıüçün qaldırmağı əmr etdim. Bu anları indi də qürur hissi ilə xatırlayıram. Və ohadisələr tərəfimizdən lentə alınıb.

- Düşmən bayrağının aqibəti necə oldu?

- Biz bayrağı endirəndən sonra artıq bütün Horadiz ərazisiişğaldan azad olunmuşdu və bayrağın endirilməsi barədə komandanlığa raportvermişdik. Sonra bayrağı da özümüzlə götürüb poluis şöbəsinə gətirib oradasaxladıq. Mən xidməti yerimi dəyişənə qədərə düşmən bayrağı orada maddi sübutkimi saxlanılırdı. Həmin döyüşdə biz ermənilərdən avtomatlar, qranatamlyotlar,snayperlər götürüb Daxili İşlər Nazirliyinə təhvil verdik. Onlar bu silahlarınbəzilərini bizə qaytarıb döyüşlərdəistifadəmizə icazə verdilər . Çünki bizim əlimizdə olan silahların bəziləri gahatırdı, gah da atmırdı. Amma gətirdiklərimiz rus istehsalı olan güclü, keyfiyyətli silahlar idi.

- Bəs, Laçın? Biz Çingiz Mustafayevin çəkdiyikadrlardan da görürük ki, bizimkilər ermənilər gəlməmiş Laçını tərk etmişdi.

- Xeyr, Laçın camaatı da döyüşüb, Ağdamın özü 6 minəyaxın şəhid verib. İndi hansısa kənddən on- onbeş nəfər qaçıbsa bunu bütünLaçın camaatının ayağına yazmaq olmaz. Laçının 123 kəndi var, ola bilər, iki-üçkənddən kimlərsə qaçıb. Bu cür hallar heç birrayonun qəhrəmanlığına kölgə salabilməz.

- Sahib bəy, erməni öldürmüsünüz?

- Bir gündə 23 erməni məhv etmişik. Erməniləryanvar ayının 23-də Füzuli rayonunun Qazaxlar və Əhmədalılar kəndindən "Uraaa,peryod!” deyib hücuma keçdilər. Mən şöbənin əməkdaşlarıqarşı səngər də düşməniqarşıladıq... Qızğın döyüş başlamışdı.Bizim səngərdən qaçan bəzi əsgərlərə "qorxmayın, qaçmaq lazım deyi .Hamımız birlikdə onların kökünü kəsəcəyin”deyəndə dayandılar. Bütün silahlardan , xüsusilə qranatamlyotdan elə atırdıqki, erməni əsgərlərinin parçaları, puşlatları göydə uçuşurdu.

- O mənzərə necə, sizə ləzzət edirdimi?

- Bəli, ləzzət edirdi. CünkiXocalı , Qaradağlı vəhşiliklərinitörədənlərə layiq olduqları dərsiverirdik! Ona görə də ləzzət edirdi. Şəxsənmən inanmırdım ki, güllə mənə dəyə bilər. Cəsədləri maşına yığıb aparırdılar. BizəDaxili qoşunların komandanı tapşırmışdı ki, erməni cəsədlərinin üstündəki bütünsənədləri toplayıb S təhvil verin. Çünki Ulu öndər göstəriş vermişdi, erməni cəsədlərininüzərindən tapılan sənədləri təhvil verin ki, xarici təşkilatlara göstərib deyəbilək ki, erməni vətəndaşları bizim torpağımızda nə gəzir? Bəzilərinin üzərindənçıxan hərbi biletlərdə "yararsız” yazılmışdı. Çoxusu da Qafan, Mehr, Livan vədigər yerlərdən olan erməniləri idi. Yeri gəlmişkən bir məqamı xatırlatmaq istəyirəm, belə ki , mən müsahibələrimin birində təklif etmişəm ki, bizim hərbi biletlərdə yararsız sözünün əvəzinə"çürük” sözü yazılsın- türklərdə olduğu kimi! Hərbi xidmətdən o qədər yayınanadamlar var ki. Onların biletlərinə "yararsız” yox "çürük” yazılmalıdır. Yararsız sözü bir o qədər dəeffektli deyil, adamlar bunu vecinə almır. Bəlkə çürük sözünə görə cavanuşaqlar ata-ana yalvarışına önəm verməyib, çürük sözünü şəxsiyyətinəsığışdırmayıb hərbi xidmətdən yayınmazlar.

Keçmişdöyüşçünün təklifi...

- Bəs, axı, həqiqətən də səhhətində problem olanlarvar, onlar necə olsun ?

- Bazardan alma alanda da çürüyünü alımırsan. Burdanə var ki.

- Amma Türkiyə də pullu hərbi xidmətə getməməkleqallaşdırılıb. Hətta Rusiyada da belə bir qanun var.

- Azərbaycan belə bir şeyin leqallaşdırılmasının əleyhinəyəm. Biz müharibəyə cəlb olunmuş- torpağı işğaledilmi ölkəyik! Həm də bizdə pulluinsanlar çoxdur. Belə olsa, insanların arasında bölgü yaranacaq. Vətən hamımızüçündür.

- Komsomolçu idiniz?

- Bəli , amma partiya üzvü ola bilmədim. Onun üçüntanışlıq lazım idi. O vaxt partiyaya keçənin vəzifəyə keçməsi daha rahat idi. Bizimkənddə çobanlar, sağıcılar partiya üzvləri idi. O vaxt ki "Niva”kombaynın bir neçə detalları mənimatamın adı ilə bağlı idi. Atam o vaxt Martuni rayonun baş mühəndis mexaniki, həmdə bir neçə ən səmərəli təkliflərin müllifi idi. Amma Lenin ordenini kalxozda Qaro adlıerməniyə vermişdilər, çünki atam türk idi. Qonşu kolxozun sədri Suren Adamyan idi. O respublika Ağsaqqallar şurasının sədrmüavini idi. Azərbaycanı sevirdi. Onu ermənilər özləri öldürdülər. Çünki o, erməniseparatizminə etiraz edirdi.

Sülhya müharibə? Siz hansını seçirsiniz?

- Viktor Hüqonun belə bir sözü var, sülh bəşəriyyətinxilası, müharibə isə onun cinayətidir. Sizin müharibə haqqında düşüncəniz nədir?

- Mən düşünürəm ki, müharibə həmişə olub. Xaricimüharibə filmlərinə baxanda da görürük ki, müharibə ordular arasında baş verir.Amma bu ermənilər, başqa qüvvələrinhesabına, Xocalını törətdilər, Qaradağlınıtörətdilər ... uşaqlarımızı qırdılar. Bunlarla necə sülh bağlamaq olar?

- Sahib bəy, Qarabağda vuruşanların hamısı müharibədədöyüşkənliyimizdən danışır, danışır ki, ermənilər bizdən qorxurdu. Bəs, necəoldu ki, biz bu qədər torpaq itirdik?

- Bilirsiniz, Heydər Əliyev vaxtında ölkənin başınagətirilsəydi, ermənini məhv edərdik. O vaxtlar nə ordumuz , nə də vahidkomandanlıq yox idi . İndi isə ordumuz da var, hər şey də öz yerindədir. Bir də ki ermənilərin arxasında o boyda qüvvələrdayanıb. Fransa, Rusiya...

- Bütün bu danışdıqlarımızdan sonra bilmək istəyirəmki, siz ehtiyatda olan qüvvəsiniz, bundan sonrası olacaqlar haqqında nə fikirləşirsiniz?

- Bizim vaxtilə qazandığımız uğurları birincisindənaxırıncısına kimi hamısını o vaxtdan Ədalət QƏZETİ işıqlanıdırıb. Bircə onu deyəbilərəm ki, bayrağımızı işğalda olan torpaqlarımızda dalğalandıraq. İndi şəhərəçıxın, sorğu keçirin, hamı deyəcək ki, müharibə olsa vuruşacam. Amma müharibəbaşlasın, çoxusunu tapmayacaqsız. Hal-hazırda xalqımızın Milli ruh mürgüləyir... Televiziya tamambaşqa şeyləri təbliğ edir, məktəblərdə vətənpərvərlik aşılanmır. Mən səhhətimimkan verəçəyi ana qədər bu torpaquğrunda vuruşmağa hazıram.