adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Iyun 2019 09:57
41304
DÜNYA

HONQKONQDA DEMOKRATİYA SINAĞI

Bir neçə gündür ki, Honq Konqu kütləvi etirazdalğaları bürüyüb. Aksiyalarda yüz minlərlə insan iştirak edir. Nümayişçilər ekstradisiya haqqında qanuna dəyişiklər edilməsiyləbağlı yerli qanunverici orqanda başlayan müzakirələrə etiraz edirlər. Yenilayihə ekstradisiya haqqında qanunun bəzi maddələrini dəyişdirməklə procedurudaha da sadələşdirməyi nəzərdə tutur ki, bu da əhalini təşvişə salıb. Əgərlayihə qəbul olunsa, onda Çin Xalq Respublikası ölkənin demokratik təsisatlaramalik bu regionundakı istənilən "arzuolunmaz şəxsi”, sadə dildə desək, Pekinəaparıb orda mühakimə eləmək imkanı qazanacaq.

Xatırladaq ki, Honq Konq ÇXR-nın bir əyaləti olsa daözəl statusa malikdir. İngilislər 1898-ci ildə Cənubi Çin dənizində yerləşən və262 adadan ibarət olan bu ərazini 100 illiyinə hələ o vaxt Çini idarə eləyənSin imperiyasından icarəyə götürmüş, ötən əsrin sonlarında isə onu xüsusistatuslu ərazi kimi geri qaytarmışdılar.

Honq Konqun geri qaytarılmasıyla bağlı danışıqlaruzun müddət davam eləmiş və çox çətin keçmişdi. Məsələni çətinləşdirən Çinlə HonqKonqun tam fərqli social-siyasi sistemə malik olmaları idi. İngilis idarəçiliyidövründə tətbiq olunan siyasi və iqtisadi azadlıqlar nəticəsində bölgə Asiyanınvə bütövlükdə dünyanın nəhəng maliyyə mərkəzlərindən birinə çevrilmişdi. Təsəvvüredin ki, əhalisi təxminən ölkəmizin əhalisinə yaxın, ərazisisə İsmayıllırayonunun yarısı boyda olan bu şəhərin ümumi daxili məhsulu Azərbaycanın eyni göstəricisindən 4-5 dəfəçoxdur.

Çindəki diktatura rejiminin tabeçiliyinə keçəndənsonra bütün bu nailiyyətlərin heç olacağı təkcə beynəlxalq siyasi və maliyyədairələrini yox, elə yerli əhalinin özünü də natahat edirdi. Odur ki, Honq Konqgeniş muxtariyyət hüququna malik ərazi kimi Çinə qaytarılır. Hazırda müdafiə vəxarici siyasət məsələləri istisna olaraq şəhərin idarəçiliyi büsbütün yerli idarəetmə orqanlarının əlindədir.

Ekstradisiya haqqında qanuna dəyişiklikləri özazadlıqlarına təhlükə kimi görən əhali bunun qarşısını almaq üçün sonadəkmübarizə etmək əzmindədir. Təxminən 1 milyon nəfərin iştirak elədiyi ilk yürüşdənsonra şəhər meri Kerri Lemin çıxışı isə nümayişçiləri qəzəbləndirib. Xanım Lemhəmin çıxışında bildirib ki, bu nümayiş Honq Konqluların hüquqlarınınpozulmamasının ən bariz nümunəsidir. O, eyni zamanda qanun layihəsinə dəyişikliklərinrəsmi Pekinin təzyiqiylə edildiyinə dair fikirləri də təkzib edərək deyib ki,bu dəyişiklik ilk növbədə şəhər əhalisinin özünə lazımdır. Nümayişçiləriaqressivləşdirən isə merin düzəlişlərin qəbulu istiqamətində müzakirələrindavam etdiriləcəyi ilə bağlı fikirləri olub. Nəticədə dünənki yürüş artıqçoxsaylı iğtişaşlarla müşayiət olunub. Hadisələrin öz məcrasından çıxaraq başqaistiqamətdə inkişafından qorxuya düşən şəhər rəhbərliyi müzakirələri qeyri-müəyyənvaxta kimi təxirə salmağa məcbur olub.

İğtişaşlarvaxtı nümayişləri dağıtmaq üçün şəhərə Çin ordusunun yeridiləcəyi barədəinformasiyalar yayılsa da, sonradan bu məlumatlar təkzib edilib.

ADALET.AZ