Honq Konqda etiraz aksiyaları zamanı 30-dan çox insan həbs edilib
Honq Konqdakı bazar günü etiraz aksiyaları zamanı iğtişaşlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum təşkil etdiklərinə görə 36 nəfər həbs edilib.
Bu barədə yerli polis bildirib.
Etirazçılar polislər ilə qarşıdurma zamanı molotov kokteyli, daşlardan istifadə ediblər.
Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnağı və gözyaşardıcı qazdan istifadə ediblər.
Digər Xəbərlər
03 May 2024 16:26