Honkonq metrosunda iğtişaşlara görə 40 nəfər saxlanılıb
Honkonq polisi metrodakı iğtişaşların 40 iştirakçısını saxlayıb.
"Report"un məlumatına görə, bu barədə idarənin nümayəndəsinə istinadən RTHK bildirib.
Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının nümayəndələri aqressiv nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq ediblər.
"Polisin işinə mane olmaqda, qanunsuz yığıncaqlar və maddi zərər vurulmasında şübhəli bilinən 40 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri qarışıqlıqların iştirakçılarına qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq ediblər", - deyə xəbərdə bildirilir.
Dünən isə xəbər verilib ki, Honkonqun Sentral və Admiralti rayonlarında polislər su şırnaqları ilə etirazçıları dağıtmağa çalışır.
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43