adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Sentyabr 2015 13:54
4477
GÜNDƏM

Hökumətin təcili iclası keçirilir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin təcili iclası keçirilir.

Hökumətdəki məlumatlı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, prezident hökumət üzvləri ilə ölkədəki iqtisadi vəziyyəti müzakirə edir.

Məlumata görə, iclasda maliyyə naziri Samir Şərifovun, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və digər hökumət üzvlərinin məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub. Habelə prezident İlham Əliyevin özünün çıxış edəcəyi gözlənilir.