adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Noyabr 2017 15:37
21911
MƏDƏNİYYƏT

Hitlerin çəkdiyi rəsm əsəri 75 sentə satıldı

Adının çəkilməsini istəməyən hollandiyalı qadın Adolf Hitlerin çəkdiyi rəsm əsərini yerli Hərbi Sənədlər İnstitutuna bağışlayıb.

Qadının atası rəsmi xırdavat bazarında 75 sentə alıb. Rəsmin küncündəki imzanı görən qadın əsəri ekspertizaya verib. Ekspertiza rəsmin Üçüncü reyxin fürerinə aid olduğunu təsdiqləyib.

Mənbə qeyd edir ki, qadın əsəri daha baha qiymətə satmaq istəsə də, hərrac təşkil edən qurumlar onu satış üçün qəbul etməkdən imtina ediblər.