adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2020 08:08
62206
ŞOU-BİZNES

Hindistanın fəxri Amir Xan: Əsl müsəlman, əsl Hacı

Hindistanın sevilən aktyoru, məşhur Bollivud ulduzu Amir Xanı çoxunuz tanıyırsınız. "AAMİR KHAN PRODUCTİON”adlı şirkəti var. Hindistanınən çox qazanan aktyorudur. Ləqəbi Mr.Perfectionist (mükəmməliyyətçi) – dir.

1965-ci il 14 Mart daHindistanınBombeyşəhərinin Bombey Bandra Holy ailə xəstəxanasında,müsəlman ailəsində dünyaya gəlib. Əsil adı Əmir Hüseyn Xandır.Atası Tahir Hüseyn Xan, anası ZinətXandır. Qardaşları Fazil və Heydər Əli Xan, bacıları isə Nikat və Fərhad Xandır.

Əmir Xanın ilk filmi 8 yaşında çəkildiyi,əmisi Nəsir Hüseyn Xanın filmi olan "Yaadon ki Barat" (1973) olub. 1985 ci ildə çəkildiyi "Holy" filmi aktyorun ilk təcrübəli(prafisional) filmi olmuşdur. 1988-ci ildə Cuhi Caşla ilə çəkildiyi "QAYAMAT SE QAYAMAT TAK" filmi boyükmarağa və diqqətə səbəb olub. İldə sadəcə bir filmə çəkilməyə üstünlük verənaktyor indiyə qədər 47 filmdə baş rolda çəkilib. "Andaz apna apna","Baazi", "Raja Hindustani", "Ghulam" ,"Mann" ,"Sarfarosh", "Dil Chata Hai", "Mangal Pandey","Rang de Basanti", "Fanaa" "Talaash" kimiböyük səs gətirən filmləri var. Çəkildiyi bir çox filmlər İMDB –də 8 dən yuxarıxal almışdır.

2001-ci ildə prodüserliyini etdiyi və çəkildiyi "LAGAAN" filmi Oscar mükafatına namizədolub. Dünyanın 10 müxtəlif ölkəsindən mükafatlar alıb. BBC - nin ölməzdən əvvəlgörülməsi lazım olan 50 film siyahısına daxil olub.

2007- ci ildə rejissorluğunu və prodüserliyini etdiyieyni zamanda özünün də çəkildiyi "TAARE ZAMEEN PAR"(Yedəki ulduzlar) filmi dünyanın bir çox ölkəsində izlənilmiş, böyük təqdirəlayiq görülmüşdür.



2008-ci ildə çəkildiyi "GHAJİNİ" filmi Hindistanda o vaxta qədər çəkilən bütün filmlərin rekordunualt üst edib (135.000.000.00 rp). 2009-cu ildə çəkildiyi "3 İDİOTS" (3 Səfeh) filmi "GHAJİNİ"nin rekordunu keçmişdir (200.000.000.00 rp). Bu film dünyanın birçox ölkəsində hətta universitetlərdə də izlənmişdir. Beləliklə də Hindistanda 2dəfə belə yüksək rekorda sahib yeganə aktyor Əmir Hüseyn Xan olmuşdur.

"Mükafat mərasimlərində gerçək aktyorluğa yox,filmin kassa gəlirlərinə əhəmiyyət verildiyini" söyləyərək Əmir Xan heç bir mükafat mərasimində iştirak etmir.

Yeri gəlmişkən, aktyor1986-cı ildə Reena Dutta adlı xanımla ailə qurub. Bu ailəsindən Junaid (Cuneyd)adında oğlu, İra adında qızı var. Lakin 2002 ci ildə cütlük ailə həyatına sonqoyub. 2-ci ailə həyatını isə 2005-ci il 28 Dekabrda ssenarist və prodüser olanKiran Rao ilə qurub. Bu ailəsindən də Azad (5 dekabr 2011) adında bir oğlu var.2012 ci ildə anasına verdiyi sözü tutaraq birlikdə Həccə gediblər.

Birkiloqram un yardımı və 15 000 rupi…

Adalet.az xəbər verir ki, Amir Xanimanlı bir müsəlman kimi hazırda dünyada analoqu olmayan bir hərəkəti ilə özünüyaddaşlara yazdırdı. O

unun içərisində pul gizlədərək, vətəndaşlara yardım edib.

Amir Xan çətin vəziyyətdə olan vətəndaşlara hərəyə birkiloqram unpaylayacağını deyib.

Həqiqətən, ehtiyacı olan vətəndaşlarXanın payladığı yardımı alıblar və hər bağlamanın içərisinə 15 000 rupi (333AZN) qoyulduğunu görüblər.

Məşhur hind aktyorunun yardımının cəmibirkiloqram undan ibarət olduğunu öyrənən adamların çoxu bu yardımıalmağa gəlməyib. Yalnız bu yardıma, həqiqətən, ehtiyacı olanlar A.Xana müraciətediblər.

Bir müsəlmanın edə biləcəyi ən gözəl hərəkət!

Əntiqə Rəşid