adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyul 2014 12:44
19330
ƏDƏBİYYAT

Hikmət Hacızadə Səməd Vurğunu təhqir etdi

Politoloq Hikmət Hacızadə 1937.azsaytına müsahibəsində Azərbaycanın görkəmli şairi Səməd Vurğunu aşağılayanifadə işlədib.

Adalet.az xəbər verir ki,müxbirin "məhəbbət deyəndə ağlınıza ilk nə gəlir” sualına cavabında H.Hacızdəbelə deyib:

– "Leyli və Məcnun” gəlir. Onu mən burda açıb danışa bilmərəm. Bu barədəakademik kitablar yazılıb. Mən məhəbbət mütəxəssisi deyiləm, amma bu duyğu çoxmüqəddəs bir duyğudur.

Mən uşaq deyiləm, xeyli yaşım var,

Bilirəm söz nədir, məhəbbət nədir?

Mənim könül adlı bir yoldaşım var,

Könülsüz bir həyat bir viranədir!..

Bu da Səməd Vurğunun bir axmaq şeiri...

Saytın əməkdaşı ondan SəmədVurğuna münasibətini də soruşub. Cavab belə olub: "Çox pis, çox pis. Səviyyəsiz bir şairdir”.