"Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur" - Deputat

"Təhsilimizdə hələ də müəyyən problemlərin qalması hamımızı narahat edir. Hər bir məktəbin əsas siması məktəbin direktoru, onun müavinləridir. Universitetin siması isə onun rektorudur. Rektorun xarakteri, direktorun kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir. Orada təhsil prosesinin nə qədər keyfiyyətli olmasını təmin edir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda 600 məktəbdə direktor vəzifəsi boşdur:
"Yəni, 600 məktəbin siması görünməməkdədir. Direktor seçimi üçün hər dəfə yeni metodologiya kəşf olunur. Kiçik bir ölkəyik, çox sayda məktəbimiz yoxdur. Bir direktor seçimi nədir ki? Bu qədər testdən, mərhələdən keçməlidir. İki yerə bölünüb. Şagird sayı 500 nəfərədək olan məkətblərdə bir prosedur gedir. 500-dən çox olanda isə 3 mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılır. Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur. Bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Məsələn, məktəbdə kollektiv içərisində rəy sorğusu keçirirsən, 10 il stajı olandan birini direktor seçirsən. Yaxud kadr bankı yaradılır.
Necə olur ki, məktəb direktoru kadr bankı lazımi səviyyədə yaradılmayıb. Bir-iki il itirilən təhsil sonradan uşaqların taleyində öz sözünü deyir. Yüz milyonlara vəsait xərcləyib tələbə yetişdiririk. Onların böyük əksəriyyəti qayıdıb gəlir, işlə təmin olunmur. Özləri təşəbbüs göstərmiyincə, valideynləri qapıları döyməyincə bununla maraqlanan yoxdur. Bu məsələyə ciddi diqqət yetirmək lazımdır".
Digər Xəbərlər
 31 Oktyabr 2025 17:33
 31 Oktyabr 2025 17:33 Sahibə Qafarova Misirə gedəcək
 31 Oktyabr 2025 17:10
 31 Oktyabr 2025 17:10 Hikmət Hacıyev: Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək
 31 Oktyabr 2025 16:55
 31 Oktyabr 2025 16:55 Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edib - YENİLƏNİB
 31 Oktyabr 2025 14:35
 31 Oktyabr 2025 14:35 Zakir Həsənov Qazaxıstanda səfərdədir
 31 Oktyabr 2025 13:37
 31 Oktyabr 2025 13:37 "Bu, Azərbaycanın enerji idarəetməsində yeni mərhələyə keçidini sürətləndirəcək" - Deputat
 31 Oktyabr 2025 12:03
 31 Oktyabr 2025 12:03 Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyənləşir
 31 Oktyabr 2025 11:52
 31 Oktyabr 2025 11:52 Milli Məclis Zəfər Günü münasibətilə Prezident və xanımını təbrik edib
 31 Oktyabr 2025 11:39
 31 Oktyabr 2025 11:39 

 Bakı -°C
 Bakı -°C 






