Hikmət Hacıyev: Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır
Ermənistan bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.
“Erməni işğalından azad edilən Azərbaycanın Sırxavənd kəndində yeni kütləvi məzarlıqlar aşkar edilib. Ermənistanın Azərbaycana qarşı 30 ildir davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir. 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan bu günədək bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri də cəzalandırmayıb. Əksinə, onlar tərənnüm edilib və mükafatlandırılıb. Ermənistan kütləvi məzarlıqların yeri ilə bağlı bütün tarix və məlumatları gizlədir.
Ermənistan bütün bu cinayətlərə görə dövlətin məsuliyyətini etiraf edərək keçid ədalətinə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır”, – o qeyd edib.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

