Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb
Milli Məclis heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılmasını son oxunuşda təsdiqləyib.
Adalet.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliyə görə, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 yüz manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.
Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Məcəlləyə təklif olunan daha bir dəyişikliklə, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq III oxunuşda təsdiqlənib.
Digər Xəbərlər
29 Iyun 2026 12:35
İyunun son günündə yağış yağacaq, şimşək çaxacaq
29 Iyun 2026 11:26
Leyla və Alena Əliyevalar festivalda - FOTOLAR
28 Iyun 2026 13:40
Faktiki hava açıqlandı
27 Iyun 2026 11:22
Leyla Əliyeva və Arzu Əliyeva mövsümi güllərin əkilməsi aksiyasında - FOTOLAR
27 Iyun 2026 11:08
Leyla Əliyeva və Arzu Əliyeva açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTOLAR
27 Iyun 2026 09:20
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq
26 Iyun 2026 23:23
İsmayıllıda asma körpüdən istifadəyə görə kimlər ödəniş tələb edir? - VİDEO
25 Iyun 2026 14:21


Bakı -°C

