Heyvan kəsimi ilə bağlı sahibkarlara müraciət
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara müraciət edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Adalet.az- a verilən məlumata görə, AQTA qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.
Agentlik ölkə ərazisi üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Bildirilir ki, heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən hər bir sahibkarlıq subyektinə Agentlik tərəfindən lazım olan bütün köməkliklər göstəriləcək, metodiki xarakterli peşəkar yardım olunacaq.
Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirində yüksək risk qurupuna daxildir və bu sahədə hər hansı fəaliyyət yalnız qanunvericiliyin tələbləri çərçivəsində mümkündür.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24