adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyun 2017 15:28
20953
ƏDƏBİYYAT

“Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirildi

İyunun 13-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan MətbuatŞurasının təşkilatçılığı ilə tanınmış jurnalist, «Azərbaycan Televiziya vəRadio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan vəGürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın "Şərəf” və "Şöhrət”ordeni kavaleri Şahismayıl Şəmmədoğlunun "Heydər Əliyev və Gürcüstan” kitabınıntəqdimatı keçirildi.

Qeyd edək ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadanolmasının 94-cü ildönümü ərəfəsində Tbilisidə işıqüzü görmüş kitabın ikincinəşri iki dildə - Azərbaycan və gürcü dillərində nəfis şəkildə çap olunub.

Tanınmış ictimai xadim, yazıçı-dramaturq Hidayət Orucov və "Gürcüstan”qəzetinin redaktoru, Gürcüstanən Əməkdar jurnalisti İslam Əliyevin redaktəsiilə nəşr olunan kitabda müəllifin - Gürcüstanən Əməkdar jurnalisti, ŞahismayılŞəmmədoğlunun son illərdə qələmə aldığı, Azərbaycan və Gürcüstan mətbuatındadərc olunan, eləcə də Azətbaycan və Gürcüstan televiziyalarınında səslənənyazıları toplanıb.

Kitabda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, eləcə dəonun ləyaqətli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinqonşu Gürcüstana səfərləri, bu səfərlər zamanı iki dost və qardaş ölkələrinikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və inkişafetdirilməsi naminə göstərdikləri böyük xidmətlər aydın şəkildə oxucuyaçatdırılır.