adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2019 14:46
8550
MƏMLƏKƏT

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ”

İki günöncə paytaxtın Binəqədi rayonunda Ulu Öndərin doğum günüylə əlaqədar olaraqkeçirilən silsilə tədbirlərdən biri də həyata vəsiqə almışdı. Belə ki, rayon Gənclər və İdman İdarəsininBinəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə layihəsi kimigerçəkləşdirilən dəyirmi masada həm iştirakçılar, həm də çıxış edənlər gündəlikdəolan mövzunun faktların diliylə diqqətə təqdim ediblər.

Tədbirinaçılışında məlum olmuşdu ki, Azərbaycan Əmək və Sosial MünasibətlərAkademiyasında keçirilən dəyirmi masanın bilavasitə Ulu Öndərin anadanolmasının 96-cı ildönümünə həsr edilməsi heç də təsadüfi deyil. Yəni keçirilən"Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunun müzakirəsi bilavasitə Binəqədigənclərinin həyatında oynadığı rollabağlıdı. Təbii ki, mövzunun bütün Azərbaycan gəncliyini əhatə etməsi birmənalıdır. Ona görə də tədbiriştirakçılarının hər birinin Ulu Öndərin onların həyatındakı rolunu dərk etməsi,ona önəm verməsi və həm də ordan özləri üçün gələcək ideyalarınıformalaşdırması dəyirmi masada fikirlərini ifadə edənlərin ürəyindən gələnfikirlər idi.

Tədbirdəçıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəsinin Rauf Həsənov birmənalışəkildə Azərbaycan gəncliyinin örnəyi olan ümummilli liderimizin fəaliyyətindənbəhs etmişdi, ondan hər zaman öyrənməyin vacibliyini vurğulamışdı. İştirakçılarqarşısında çıxış edən İctimai Şuranın sədiAslan Mehdiyev bildirmişdi ki, ona Ulu Öndərin rəhbərliyi altında işləmək,onu dəfələrlə görmək, onun tapşırıqlarını yerinə yetirmək xoşbəxtliyi ona nəsibolmuşdu. Ona görə də bu gün Ulu Öndərin həyat və fəaliyyətindən danışmaq onunüçün son dərəcə qürurvericidi. Aslan Mehdiyev vurğulamışdı ki, biz bu gün dəondan öyrənirik. Və hər birimizin, xüsusilə gənclərin əsas vəzifələrindən birisavadlı olmaq, dövləti, dövlətçiliyi sevmək, öz gələcək həyatlarında Ulu Öndərintövsiyyələrindən yararlanmaqdı.

Tədbirinsonunda gənclərə və "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”mövzusunda inşa yazısının qaliblərinə və bütövlükdə Binəqədinin sabahı olaninsanlara uğurlar arzulamış, onların fikir və istəkləri dinlənilmişdi. Eləcə dəyazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdı.

Əbülfət MƏDƏTOĞLU