Heydər Əliyev prospektində sürət həddi endirildi
Bu gündən Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib.
Adalet.az-ın xəbərinə görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Rəyə əsasən, 17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunmalı, buna qədər zəruri texniki məsələlər həll edilməlidir.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24