adalet.az header logo
  • Bakı 22°C
08 Iyun 2023 09:24
681
ƏDƏBİYYAT

Heydər Əliyev dühası

Azərbaycan xalqının Ümummilli Lideri görkəmli dövlət xadimi Heydər Əliyevin dünyaya göz açmasından100 il ötür.Heydər Əliyev xalqımızın tarixində qüdrətli zəkası ilə dərin izlər qoyan görkəmli bir şəxsiyyətdir. Həm ölkə vətəndaşları, həm də bütün dünya azərbaycanlıları bu böyük şəxsiyyətin doğum gününü dünyanın hər yerində böyük təmtəraqla qeyd etdi. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarıdır, onun zəngin dövlətçilik irsi var. Bu böyük şəxsiyyətin həyat fəlsəfəsi xalqına , eləcə də bəşəriyyətə sədaqətlə xidmət etmək olmuşdur. Respublikamızı müstəqil dövlət kimi formalaşdırmaq onun prioritet vəzifəsi olmuşdur.

Heydər Əliyev irsini həmişə öyrənmək, təbliğ etmək lazımdır.. Heydər Əliyev həmişə öz işinə tələbkar yanaşmış, prinsipial mövqeyi ilə daima seçilmişdir.

1990-cı ildə Azərbaycanın ərazisinin 20%-i Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizin sözün əsil mənasında xilaskarına çevrildi. O, ölkəmizin siyasi və iqtisadi inkişaf yolunu müəyyən etdi.

-1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük dəstəyi ilə Prezident seçilən Ulu Öndər ölkəmizi vətəndaş müharibəsindən, dövlətimizi məhv olmaqdan xilas etdi.

Zamanın mürəkkəb tarixi-siyasi imtahanlarından Azərbaycan xalqını mətanətlə çıxarmış öz ardıcıl mübarizəsiylə onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin adı tarixlər boyu yaşayacaqdır. Xalqımız yeni minilliyə məhz onun qoyduğu yolla inamla irəliləyəcəkdir.Müasir Azərbaycan Heydər Əliyevin yaradıcılığı və əsəridir.

Heydər Əliyev həmişə polad iradəsi, uzaqgörən və məqsədyönlü siyasəti ilə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olmuşdur. Azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə yer tutduğu başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. H.Əliyevin atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, soy-kökə qayıdışı gücləndirmişdir.

Heydər Əliyev müstəsna fəaliyyəti ilə, öz xalqına sıx bağlılığı ilə, milli dövlәtçiliyə sadiqliyi ilə hər zaman xalqımızın gözündə ucalmışdır. O ağıllı və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətinin sevimlisinə çevrilmişdir. Müəllifi olduğu milli inkişaf strategiyasının hər bir sahəsində uğur qazanmışdır, milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmişdir. Heydər Əliyevin quruculuq proqramının əsas hissəsindən biri də Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması olmuşdur.

Heydər Əliyev Azərbaycanın şanlı oğlu olmaqla yanaşı həm də simvoludur.Biz onun xatirəsini daima uca tutur, böyük öndəri minnətdarlıqla xatırlayırıq.

 

Gülnarə  Allahverdiyeva , 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəlliməsi