adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Noyabr 2022 12:37
1017
MƏMLƏKƏT

Həyatımı xilas etdilər

Neçə aydır ki, özümü çox pis hiss edirdim. Çünki mən diabet və yüksək təzyiq xəstəsiyəm. Üstəlik də, qalxanabənzər vəzim çıxarılıb. Belə bir vəziyyətdə yaşamaq o qədər də asan deyil. Ona görə də kömək məqsədilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Qurbanovun yanına getdim və mənə köməklik göstərməsini xahiş etdim. O, məni çox hörmətlə qarşıladı və sona qədər dinlədi və sonra da dedi ki, nə lazımsa sənə kömək göstərəcəyik. Hətta çətin tapılan dərmanları əldə edib müalicəni edəcəyik. Bu məqsədlə o, məni terapiya şöbəsinin müdiri Nuranə Abbaszadəyə tapşırdı.

Müalicələrim başladı və yavaş-yavaş özümü yaxşı hiss etdim. Hiss etdim ki, o dava-dərmanları qəbul edəndən sonra vəziyyətim normallaşır. Hətta bir qədər özümü əvvəlkindən qıvraq bildim. Bütün bunlar onu göstərirdi ki, həkimlərin mənə etdiyi müalicə öz müsbət effektini göstərir. Bir sözlə, məni onlar həyata qaytardılar. Çünki xəstəxanaya gedəndə çox zəif idim, təzyiqim və şəkərim yüksək idi və özümü də pis hiss edirdim. Amma müalicə kursu başa çatandan sonra özümü yaxşı hiss etdim. Hələ mən indiyə qədər heç vaxt belə təmənnasız həkim qayğısı və diqqəti görməmişəm. Ona görə də qərara gəldim ki, xəstəxananın direktoru Elçin Qurbanov və terapiya şöbəsinin müdiri Nuranə Abbaszadə başda olmaqla, bütün həkim personallarına və tibb bacılarına öz təşəkkürümü bildirim. Onu da qeyd edim ki, mənim müalicəm Füzuli Diaqnostika Mərkəzində olub və orda xəstə kimi yataraq şəfa tapmışam. Tibb bacılarından Eyzangül Eyvazovaya, Günel Allahverdiyevaya, Telli Sarıyevaya, Səidə Allahverdiyevaya, Gülgün İbişovaya, Gülçöhrə Qurbanovaya, Tərlan Əliyevaya, Günel Əhədzadəyə, Samirə Əhədzadəyə, Mehparə Rzayevaya, Aynur Əliyevaya, Pərvanə Mehdiyevaya və başqalarına bir daha təşəkkürümü bildirirəm. Orda 30-a yaxın tibb bacısı mənə qayğı və diqqət göstərib.

Bir daha məni həyata qaytardıqlarına görə, göydə Allaha, yerdə də Füzuli Rayon Mərkəzi Xəstəxanasının və Diaqnostika Mərkəzinin həkimlərinə və tibb bacılarına öz minnətdarlığımı bildirirəm.

 

Rəhman Əvəz oğlu Əliyev,

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini,

ehtiyatda olan zabit