23 Fevral 2022 11:59
983
ŞOU-BİZNES

“Həyatımda atamdan başlayaraq bütün kişilər tərəfindən döyüldüm” - Aktrisadan şok açıqlama

Türkiyəli model, aparıcı, müğənni və aktrisa Yeliz Yeşilmen qatıldığı proqramda həyatının özəl anlarından danışıb.

Adalet.az Hüriyyet.com-a istinadən bildirir ki, Yeşilmen atası və keçmiş həyat yoldaşı tərəfindən döyüldüyünü deyib: “Həyatımda atamdan başlayaraq bütün kişilər tərəfindən zorakılığa məruz qalmışam”.

Aktrisa kiçik oland atası tərəfindən döyüldüyünü deyib: “Atam çox mühafizəkar idi. Dərslərimdən pis qiymət alanda döyülürdüm. Parkinson xəstəsidir, hərdən soruşmaq istəyirəm ki, sən məni niyə döymüsən? Atam “qızım xaricdə oxusun” deyib məni evləndirdi. Mənim 16, həyat yoldaşımın isə 18 yaşı vardı. 3 günə evləndim. Ailəmdən uzaqlaşıb Almaniyada məskunlaşdım. Mən intihara da cəhd etmişdim”.

Daha sonra Yeliz Yeşilmen boşandığı həyat yoldaşı Uğur Akbaşla problemlərini belə dilə gətirib:

“Mən ər-arvad həyatı yaşamamışam. Həyat yoldaşım caduya məruz qaldığına inanırdı. Bir mollanın “arvadını döy” sözünə inanıb məni döydü. 6 ay yer xəstəsi olub, yataqdan qalxa bilməmişəm. Səhər durub qulluqçu kimi evi yığışdırıb yemək bişirirdim. 6 aydan sonra bütün qızıllarımı alıb müqavilə bağlatdırıb və məni belə qoyub getdiblər. Həyatımda bir dənə də olsun travma yoxdur, travmalar zənciri var. Həyatımda atamdan başlayaraq bütün kişilər tərəfindən zorakılığa məruz qalmışam”.

Qeyd edək ki, 2010-cu ildə Uğur Akbaşla ailə quran Yelisin 2 övladı var.

 

Əntiqə Rəşid