adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Yanvar 2018 11:00
23773
GÜNDƏM

Həsən ZEYNALOV: “Diplomatın tale yolu”

Bütünömrü boyu böyük Azərbaycan naminə əlindən gələni əsirgəməmək, Ümummilli liderHeydər Əliyev ideyalarına daima sədaqətli olmaq və həmin ideyaların ölkənin inkişafıistiqamətində həyata keçməsi uğrunda əzmlə çalışmaq Həsən Zeynalovun əsas hədəfidir.O, vətənin müstəqilliyi uğrundakı mübarizə ərəfəsində yaşanan tarixi hadisələrdə- 20 Yanvar faciəsində, Xocalı soyqırımında, erməni qəsbkarlarının törətdikləriterror aktları ilə bağlı həmin faktların beynəlxalq səviyyədə tanıdılmasıistiqamətində böyük əzmlə çalışmışdır.

HəsənZeynalov bu tarixi dövrdə ona qarşı olan sui-qəsd təşəbbüsləri, həbs və ciddisiyasi oyunlarla üz-üzə qalmışdır. Ancaq Azərbaycanın gələcək inkişafı üçüntutduğu bu yol ona qarşı edilən haqsızlıqların öhdəsindən gəlmək üçün həlledicirol oynamışdır.

XXəsrin sonlarında Sovet imperiyası öz maraqları naminə Azərbaycanı süni problemləringirdabına atdı. İmperiyanın süqutu illərində ölkəmiz və xalqımız məşəqqətli vəçətin sınaqlara məruz qaldı. Bu dövrdə zor gücünə sovet imperiyasının tərkibinəqatılmış ərazilərdə süni münaqişələr yaradılırdı. Ermənilərin Azərbaycana qarşıəsassız ərazi iddiaları ilə yaranan Dağlıq Qarabağ münaqişəsi də bunlardan ən dəhşətlisioldu.

"M.Qorbaçovöz ətrafına topladığı K.Şahnazaryanın, A.Aqanbekyanın və digər ermənilərin, eləcədə erməni diasporunun Avropa və Amerikadakı mərkəzlərinin təsirinədüşmüşdü", - deyə o dövrə dair düşüncələrini Həsən Zeynalov belə ifadə edir."Bu qüvvələr SSRİ-nin daxili və xarici siyasətinə açıq müdaxilə edirdilər.Artıq dünya mətbuatı ermənilərin M.Qorbaçova və onun arvadına rüşvət verməsindənnümayişkaranə şəkildə məlumatlar yayırdı. Məsələn, 1987-ci ildə M.QorbaçovABŞ-da olarkən onun həyat yoldaşı R.Qorbaçovaya ermənilər tərəfindən bahalıbrilyant üzük hədiyyə olunmuşdur. Məhz ermənilərin M.Qorbaçova təsirinin nəticəsindəhəmin dövrdə dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevə qarşı çirkinböhtan kampaniyası başlandı. Azərbaycanda Heydər Əliyevin əleyhinə yüzlərlə qərəzlivə böhtan xarakterli məktublar təşkil edilməyə başlandı. Heydər Əliyevin SSRl-dəkinüfuzu, ali hakimiyyət orqanlarında təmsil olunması, Sov.İKP MK SiyasiBürosunun üzvü olması çirkin Qarabağ oyununun başlanmasına imkan vermirdi. Nəzərəalmaq lazımdır ki, erməni millətçi dairələrinin Azərbaycana qarşı davamlı olan əsassızərazi iddialarına məhz Heydər Əliyevin sayəsində 1969-1987-ci illərdə səd çəkilmiş,daha doğrusu, ermənilərin təxribatlarının qarşısı məharətlə alınmışdı. Nəhayət,1987-ci ildə qərəzli şəkildə yaradılan gərginlik nəticəsində Heydər ƏliyevSiyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindənistefa verir. M.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi olmuş Abel Aqanbekyanbundan istifadə edərək 1987-ci ilin noyabrında Parisdə ilk dəfə rəsmi olaraqDağlıq Qarabağın Ermənistana birləşdirilməsinin "zəruriliyi" haqqındabəyanatla çıxış edərək ermənilərin uzun illər boyu Azərbaycana qarşıhazırladıqları ərazi iddialarının növbəti mərhələsinin başlanmasına startverdi. A.Aqanbekyan Parisdə "L'Humanite" qəzetinə verdiyi müsahibəsindəAzərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanabirləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olacağını bildirdi. Bununardınca ermənilər Qarabağda artıq mitinqlərə başladılar və azərbaycanlılarlabirgə yaşamağın mümkün olmadığı, guya uzun illər ermənilərin sıxışdırıldığışüarları ilə Qarabağın Ermənistana birləşdirilməsi tələbi SSRİ rəhbərliyiqarşısında qaldırıldı.

Ermənidiasporunun təsiri altında olan Moskvanın Dağlıq Qarabağla bağlı hazırladığıssenarinin növbəti mərhələsi - azərbaycanlıların ermənilərlə birgə yaşaya bilməyəcəklərinitəsdiq etmək məqsədilə hərəkətə keçərək daha ciddi provokativ fəaliyyətəbaşladılar. Belə ki, artıq Yerevanda azərbaycanlıların öz dədə-baba yurdlarını,tarixən Azərbaycan ərazisi olan Ermənistanı tərk etmək tələbi ilə mitinqlərbaşladı. Əlbəttə, Azərbaycan xalqı buna laqeyd qala bilməzdi və Azərbaycanda dabunun qarşının alınması tələbi ilə etiraz aksiyaları başlandı.

Ermənilərinvə Moskvanın məqsədi gələcəkdə planlaşdırdıqları Sumqayıt hadisələrinireallaşdırmaq idi. Yerevanda keçirilən mitinqlərin miqyası böyüdü və azərbaycanlılarınErmənistandan çıxarılma prosesinə başlanıldı. Azərbaycanın o vaxtkı hakimiyyətiisə hadisələrin qarşısının alınması ilə bağlı Moskva qarşısında heç bir tələbqoymur, xalqın tələbini nəzərə almır və hətta təqsiri özümüzdə axtarmaqla məşğulidi. Azərbaycana Ermənistandan mülkləri əlindən alınmış, işgəncələrə məruzqalmış, ata-baba torpaqlarından zorla çıxarılan soydaşlarımız gəlməyə başladı.Bütün bunlar ölkədə hakimiyyətlə xalq arasında ciddi narazılıq yaratdı və hadisələrgünü-gündən gərginləşməyə başladı. Bu vəziyyətdən istifadə edən ermənilər vəSSRİ hakimiyyəti xüsusi hazırlıq keçmiş ermənilərin iştirakı, o cümlədənE.Qriqoryanın rəhbərliyi ilə 1988-ci il fevralın 28-də Sumqayıtda ermənilərəqarşı süni olaraq, sanki azərbaycanlılar tərəfindən təşkil olunmuş qırğın törətməyənail oldular. Hadisələrdə 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla, 32 nəfər həyatınıitirdi. Beləliklə, Moskva və ermənilər dünyaya "sübut" etdilər ki,artıq azərbaycanlılarla ermənilər birgə yaşaya bilməzlər.

Buhadisələrdən sonra Qarabağ kartı artıq açıq müstəviyə keçdi. Xankəndində fasiləsizmitinqlər başladı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələb kimiMoskva qarşısında qoyuldu. Azərbaycanda isə çox gərgin vəziyyət yaranmışdı.Artıq səsi eşidilməyən xalq küçələrə axışaraq Ermənistandan məcburi qovulansoydaşlarımızın hüquqlarının müdafiəsi, eləcə də Dağlıq Qarabağda baş verənlərəqarşı tədbir görülməsi tələbi ilə mitinqlər keçirməyə başladı. Mən də bu etirazmitinqlərində fəal iştirak edirdim. 1988-ci il may ayının əvvəllərində keçirilənmitinqdə (hələ hakimiyyətdə Kamran Bağırov idi) hakimiyyət tərəfindən təklifolundu ki, 50 nəfər aktiv mitinq iştirakçıları seçilsin və Azərbaycan AliSovetinin iclas zalında hakimiyyət nümayəndələri ilə mitinqdə qoyulan tələblərimüzakirə etsinlər. Seçilən nümayəndə heyətinin tərkibində mən də var idim. Həminmüzakirələrdə AIi Sovetin sədri Süleyman Tatlıyev, Mərkəzi Komitənin katiblərivə digər rəhbər şəxslər iştirak edirdilər. Ilk anlardan hiss olundu ki, iqtidar tərəfindən təşkil edilənbu görüş formal xarakter daşıyır və vaxt uzatmağa hesablanıb. İlk söz deməküçün heç kimə məhəl qoymadan daim xalqın yanında olan şair Tofiq Bayram kürsüyəyaxınlaşdı. Çıxışında xalqın tələbinə laqeyd yanaşan, Ermənistanda azərbaycanlılaraqarşı törədilən vəhşiliklər qarşısında susan, Dağlıq Qarabağda baş verənlərinqarşısını almağa cəhd belə etməyən hakimiyyət nümayəndələrini çox ciddi tənqidetdi. Sonda bu gün də hamının yaddaşına həkk olunmuş "hakimiyyətlə xalqarasında yaranmış bu uçurumun günahkarı sizsiniz, siz Azərbaycanı heç bir hüququolmayan qullar ölkəsinə çevirmişiniz, lakin bu qullar iki hissəyə bölünür:birincisi - harayı hakimiyyət tərəfindən eşidilməyən xalqımız - "acqullar", ikincisi isə - torpaqlarımızı parçalayan, soydaşlarımızı özata-baba yurdlarından qovan, onları qətlə yetirən ermənilərə himayədarlıq edənMoskvanın qarşısında susan siz - "harınlamış qullar"; amma yadınızdançıxarmayın ki, sonda siz də aldıqlarınızı qusacaqsınız" fikirlərini söyləyərəkkürsünü tərk etdi.

1988-ciilin may ayının əvvəllərində, mitinqlərin davam etdiyi ərəfədə qrup rəhbəri vəzifəsindəişlədiyim Bakı şəhər Icraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun rəisiF.Əfəndiyevlə razılaşdıqdan sonra Büronun iclası çağırıldı. O illərdə Büroda çox sayda erməniçalışırdı. Yığıncağa mən sədrlik edirdim. Iclasda birlikdə çalışdığımız, heçbir ayrı-seçkiliyə məruz qalmayan, Ermənistandakı ermənilərdən daha varlı həyatsürən və rahat yaşayan ermənilərə heç bir təxribata uymamaq tövsiyə olundu.Onlardan xahiş etdim ki, Azərbaycana qarşı Moskvaya göndərilən saysız-hesabsıztəxribat xarakterli məktubların, müraciətlərin, teleqramların əksinə olaraq,onlar da Azərbaycan xalqının erməni xalqına göstərdiyi əsl münasibəti, onlaraqarşı heç zaman ayrı-seçkiliyin olmaması və çox rahat yaşamalan haqqında Moskvaya,şəxsən M.Qorbaçova müraciət göndərsinlər. Erməni iş yoldaşlarımız, bu təklifi məmnuniyyətləyerinə yetirəcəklərini bildirsələr də, ertəsi gün heç biri işə çıxmadı. Sonra məlumoldu ki, onlar da neçə illərdir ki, "Krunk" və digər terrorçu ermənitəşkilatların hesabına pul köçürürlərmiş. Çox qısa zamanda məlum oldu ki, həminermənilərin hamısı Stavropol və Krasnodar olmaqla, əsasən Rusiyanın ayrı-ayrı şəhərlərindəözlərinə ev almış, bəziləri minik maşınlarını belə yeni yaşayacaqları şəhərlərəaparmışlar. Bir sözlə, onlar bu məqsədli köçə hazır imişlər. Təsadüfı deyildirki, iki gün sonra həmin ermənilərdən bir neçəsi Rusiyadakı təzə məskunlaşdıqlarıevlərdən "Baksovet"dəki qeyri-azərbaycanlı iş yoldaşlarına zəng etmişvə hətta yeni iş yerləri barədə də ətraflı məlumat vermişlər".

Xalqın səsinidinləməyə, onun dərdinə çarə etməyə siyasi hünəri və qabiliyyəti çatmayan,Moskvanm əmrindən çıxa bilməyən Azərbaycan KP MK-nm ovaxtkı birinci katibiKamran Bağırov vəziyyətin günü-gündən idarəolunmaz hala keçdiyini görüb,1988-ci ilin may ayının ortalarında öz vəzifəsindən istefa verir. Moskva tərəfindən1988-ci il mayın 21-də həmin vəzifəyə Əbdürrəhman Vəzirov təyin edilir.

Heydər Əliyevinxalq tərəfindən bir xilaskar kimi görülməsini, yenidən hakimiyyətə gətirilə biləcəyini,bununla da ermənilərin, eləcə də onların havadarların Qarabağ planlarınınalt-üst olacağını bilən Moskva və onun sapı özümüzdən olan baltası Ə.Vəzirovunyeganə hədəfi Heydər Əliyev idi. Bu zaman hadisələrin birbaşa mərkəzində olan HəsənZeynalov həmin vəziyyəti belə səciyyələndirir: "Əbdürrəhman Vəzirov1988-ci ilin may ayının sonlarında Azərbaycanda hakimiyyətə gələrkən ilk olaraqovaxtkı Lenin (Azadlıq) meydanında mitinq keçirdi. Mitinqdə Qarabağla bağlıplanlarını xalqla bölüşmək (hamı ondan bunu gözləyirdi) əvəzinə, bütün çıxışınıHeydər Əliyevə qarşı böhtana və özünün bundan sonra xalqa "azadlıq" bəxşedəcəyinə həsr etdi. Başqa sözlə, respublikada yaranmış acınacaqlı vəziyyətiHeydər Əliyevlə əlaqələndirməyə çalışdı. Zaman keçdikcə isə ətrafına HeydərƏliyevin hakimiyyətdə olduğu illərdə müxtəlif cinayətlərə və yaramazlıqlara görəvəzifədən azadedilmiş, məsuliyyətə cəlb edilmiş hakimiyyət hərislərinitoplamağa başladı. Mövcud problemlərin həlli ilə məşğııl olmaq əvəzinə, bütün fəaliyyətiniHeydər Əliyevə qarşı "mübarizəyə" həsr etdi. Bəhs etdiyim mitinqdənsonra qəti qərara gəldim ki, Heydər Əliyevlə danışmaq, onu Azərbaycana dəvətetmək, xalqı bu çətin vəziyyətdən çıxarmaq üçün hakimiyyət sükanını ona həvaləetmək artıq zərurətdir. 1988-ci ilin may ayının sonunda Heydər Əliyevlə ilk telefon danışığımoldu. Moskvadakı ev telefonuna zəngetdim. Dəstəyi Heydər Əliyev özü qaldırdı. Hesab edirəm ki, bu, zamanındaedilmiş zəng idi və Heydər Əliyev tərəfindən məmnuniyyətlə qarşılandı. Söhbətimizinəsasını Dağlıq Qarabağ məsələsi ətrafında ölkədə yaranmış ictimai-siyasi vəziyyəttəşkil etdi. Söhbət əsnasında Heydər Əliyev təkrar-təkrar baş verən proseslərinAzərbaycanın əleyhinə cərəyan etməsindən sonsuz narahat olduğunu ifadə edirdi.Heydər Əliyev xalq hərəkatının vəziyyəti, kütləvi proseslərin yönəldilməsi kimiməsələlərə dair çoxsaylı suallar verirdi. Çox sevinirdi ki, Azərbaycan xalqıDağlıq Qarabağa qarşı əsassız iddiaları sükutla qarşılamır.

Yazının əvvəlini BURADAN oxuya bilərsiniz

(ardı var)