adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Noyabr 2019 09:19
18385
MƏMLƏKƏT

HƏSƏN SARIYEVİN QƏBUL GÜNLƏRİ

Mətbuatda oxudum ki, MöhtərəmPrezident tərəfindən Xaçmaz Rayon İcraHakimiyyətinin başçısı təyin edilmiş Elnur Rzayev qəbul günlərini ləğvedib. Yəni hər bir vətəndaş istədiyi vaxt ona müraciət edə bilər. Alqışlanası bir hadisədi. Əvvəla, bu ənənənin özülünü Möhtərəm Prezident İlham Əliyevşəxsən özü qoyub. Ayda bir neçə dəfə rayonlarda olur, əhali ilə görüşür,problemlərini dinləyir və bu problemlərinaradan qaldırılması üçün dərhalöz göstərişlərini verir. Eləcə də 1-civitse-prezident hörmətli Mehribanxanımın əhali ilə görüşmələri artıq bir ənənəyə çevrilib.

Bundan başqa Möhtərəm Prezidentin göstərişi ilə həm nazirlər, həm komitə sədrləri,eləcə də onların müavinləri ayda bir dəfə rayonlardaqəbul günləri keçirirlər,problemləri ilə yerində tanış olurlar və həminproblemlərin həll olunmasına çalışırlar.Daha bir də vətəndaş dünyanın obaşından dərdini demək üçündurub Bakıya, hansısa nazirin və ya rəhbər şəxsin qəbuluna gəlmək üçün əziyyət çəkmir.

Rayon icra başçıları da dövlətbaşçısından ibrət götürüb rəsmi qəbulgünlərindən başqa hər həftəbir və ya iki kənddə görüşlərkeçirir və problemləri yerindəcə həll etməyə çalışırlar.

Qarabağ savaşı zamanı «Papravəndqartalları» batalyonuna komandirlik edən Həsən Sarıyev sonra Ulu Öndər Heydər Əliyev tərəfindən Ağdam Payon İcra Hakimiyyətinin başçısıtəyin edildi. Və təxminən 16 ilbu vəzifəni daşıdı. Özü də cavanlıqdagüləşçi olmuşdu, idmanı çoxsevirdi. «Qarabağ» komandasının maddi durumunun ən ağır vaxtlarında da komandanısahibsiz buraxmadı.

Təbii ki, hər başçınınqəbul günü var. O qəbul günübaşqa qəbul günlərindən fərqlənir. Çünkihəmin qəbulda rayonun bütün rəhbərşəxsləri də iştirak edir və məsələ hərtərəfliöyrənilir və başçı da rəhbər şəxslərə öz göstərişlərini verir.Həsən Sarıyevin qəbul gününü qoyduqqırağa.

İcra hakimiyyətinin qarşısında bir qoca palıd ağacı vardı, altında da bir stol və bir neçə stul. Həsən müəllim işəbir saat tez gələrdi, işdən də gec gedərdi. Eləcə də günorta istirahətəçıxmazdı. Yəni bütünboş vaxtlarında oturardı həminpalıdın altında. Bəzən də şahmat oynayardı. Və bunu da bütün rayon camaatıbilirdi və qəbul gününü gözləməklazım deyildi. Hamı gəlirdi elə o palıdın altında Həsən müəllimə dərdini danışardı. Toyu olan da, yası düşən də, övladının təhsil haqqını ödəyə bilməyən də, xəstəsi olan da, nəbilim işığı kəsilən də, suyu gəlməyən də,artezianı yanan da.

O da çalışırdı ki, yanına gələn hər bir adamın probleminə əlindən gələn köməyiəsirgəməsin. Tanıdı-tanımadı,toydan da qalmazdı, yasdan da.

Xaçmazın yeni təyin olunmuş gəncicra başçısının qəbul günlərini ləğv etməsinieşidəndə nədənsə yadıma Həsən Sarıyev düşdü.

Həsən müəllim yenə həminkisadə Həsən müəllimdi. Yenə nə xeyirdən qalar, nə şərdən, nə də ona üztutanları qapıdan qa ytarmaz.


Aqil ABBAS