Hesablama Palatasının gəlirləri və xərcləri açıqlandı
Hesablama Palatası 2024-cü ili 448 min manat mənfəətlə başa vurub. Halbuki, Palata 2023-cü ildən 47 min manat zərərlə çıxmışdı.
Adalet.az xəbər verir ki, ötən il Hesablama Palatasının gəlirləri 9,991 milyon manat (əvvəlki ilə nisbətən 14,1 % çox), xərcləri isə 9,543 milyon manat (8,4 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 6,217 milyon manat olub ki, bu da illik müqayisədə 7,7 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,4 % azalaraq 24 min manata düşüb, xalis aktivləri (balans kapitalı) isə 7,8 % artaraq 6,193 milyon manata çatıb.
Hesablama Palatasını Milli Məclis ölkə Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradıb. Palata 2001-ci ildən fəaliyyətə başlayıb. Qurum parlamentə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
Digər Xəbərlər
14 Noyabr 2025 11:00
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
14 Noyabr 2025 09:43
DYP piyadalara müraciət etdi
14 Noyabr 2025 09:41
Zeynal Nağdəliyev yeni başçını kollektivə təqdim etdi
13 Noyabr 2025 14:26
"Onu saxlayıram, mənə Poladı xatırladır" - Polad Həşimovun xanımı
13 Noyabr 2025 13:18
"Bir nazir, icra başçısı saxlanılır, ortalığa milyonlarla vəsaiti, villası, obyektləri qoyulur" - Komitə sədri
13 Noyabr 2025 12:49
Gələn il heyvan xəstəliklərinə qarşı tədbirlər gücləndiriləcək - Nazir açıqladı
13 Noyabr 2025 11:26
"Azərbaycanlı ailələr həmin universitetlər üçün sponsora çevrilirlər" - Vitse-spiker
13 Noyabr 2025 11:10


Bakı -°C

