"Hesab bizi aldatmalı deyil" - Qurban Qurbanov
“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı".
Adalet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına müsahibəsində deyib.
Təcrübəli mütəxəssis Avstriyadakı təlim-məşq toplanışının son günündə Xorvatiyanın “Slaven” (1:0) və Birləşmiş Ərəb Əmirliklərinin “Şəbəb Əl-Əhli” klublarına (5:2) qarşı yoxlama oyunları, həmçinin hazırlıq prosesini dəyərləndirib: "Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Şəbəb Əl-Əhli”nin baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli çalışdırıcı Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.
Digər Xəbərlər
31 Dekabr 2025 09:21
Ronaldodan son 16 ildə bir ilk
31 Dekabr 2025 09:10
Məşhur futbolçu karyerasını yekunlaşdırdı
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32
“Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışını sərt tənqid etdi
27 Dekabr 2025 13:17
Asensio “Fənərbaxça”dan ayrıla bilər
26 Dekabr 2025 18:09


Bakı -°C

