adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Mart 2018 11:00
18413
ƏDƏBİYYAT

HƏRŞEY ZAMAN İÇİNDƏ

Roman

Tanınmış yazıçı Vaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. Adalet.az həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.


əvvəli burada



Namiq-kamalın dediklərindən

XIV

Əmimə ilk kitabına görə 4.500manat vermişdilər. Üstünə 1.000 manat da qoyub "M-21” –"Volqa” maşın almışdı. Şəkiyə gəlmişdi. Maşının başınayığışıb atılıb düşürdük. Əmim maşını dala verməli olmuşdu. Mehribanlıqla əliniçiynimə qoyub dedi:

-Namiq, əmi gözünü yisin, divaradəyəndə deyərsən.

Dedim: "Baş üstə!”

Əmim maşını dalı-dalı verməyəbaşladı. Mən də: -Bir az da, bir az da!- deyə ucadan səslənirdim. Axır ki,maşın divara dəydi. Hündürdən qışqırdım: "Əmi, saxla, maşın divara dəydi!”

Əmim maşından düşdü. Gördü ki, maşın doğrudanda divara dəyib. Əmim özündən çıxdı:

- Düdük, sənə demədim ki,divara dəyəndə deyərsən?

Ağlamsına-ağlamsına cavabverdim: "Dedim də, ay əmi, divara dəyən kimi dedim!”

Ağlamsındığımı görən əmimyumşaldı, başımı sığallaya- sığallaya dedi:

-Ağlama, görüm! Cəhənnəmə olsunmaşın da, zad da!

***

Tələbə ikən yataqxanadaqalırdım. Bir dəfə pulum tərtəmiz qurtardı. Otaq yoldaşlarımında pulu yox idi. Hansı dostumdan borc istədimsə, üzürxahlıq elədi. Əlacımüzüldü. Əmimin yanına getdim. Əsasbinanın giriş qapısındakı pilləkənlərdəqabaq-qabağa çıxdıq. Görüşdük. Özünəməxsus şəkildə soruşdu: "Nə istəyirsən?”

Sıxıla-sıxıla dedim: "Pullazımdır.”

-Nə qədər?

-25 manat.

Elə o dəmdə akademik Faiq Bağırzadənin xidmətimaşını gəlib düz yanımızda dayandı. Faiq müəllim cəld bir hərəkətlə maşındandüşüb əmimə tərəf gələndə o, portmanatını cibindən çıxarıb mənə uzatdı:

-Oradan götür!

Portmanat götürüb açdım: oradatəkcə bir 25-lik var idi. Onu götürüb portmanatı əmimə qaytardım.

Sən demə, evə gedəndə əmim çörəkalmaq istəyib, portmanatını boş görüb. Satıcı qadın onu tanıdığından bu işiyola verib. Görüşəndə barmağını silkələyib dedi:

- Ay qırışmal, heylə də olur?

Cavab vermədim. Günahkarcasınabaşımı aşağı saldım. Mənim pərt olduğumu görən kimi yaxınlaşıb mənibağrınabasdı.

***

Əmimgildə idim. Qumru xanım işdəidi. Adi vaxtlara nisbətən bir qədər gec gəldi. Əmim soruşdu:

-A Qumru nə gec gəldin?

Qumru xanım özünəxas bir əda iləcavab verdi:

-Səmədin Dürrəsi iləqarşılaşdım.

-Nə dedi?

-Dedi ki, Səmədi Səməd edən mənolmuşam.

-Niyə demədin ki, evdəkini də Səmədedəydin.

***

Bir gün necə oldusa, əmiminkafedrasına girdim. Gördüm ki, kafedranın əməkdaşları divara yapışıb qalıblar.Hamısının da rəngi ağarıb. Əmim hirsli-hirsli ortada var-gəl edirdi. Gedib düz əmiminqabağında dayandım. Sadəlövh bir ərk ilə hündürdən soruşdum:

-Əmi, niyə hirslənmisən?

Əmim qəzəblə və hədələyici birşəkildə, əllərini silkələyə-silkələyə dedi:

-Niyə hirslənməyim? Niyə hirslənməyim?Sənin kimi qardaşım oğlu var!

Ağlıma korluq vermədən o dəqiqəcavab verdim:

-Adam var ki, heç o da yoxdur!

Əmim güldü. Kafedranın bütündivarları da güldü. Elə yumşaldı ki, sankibayaqkı o hirsli adam heç o deyilmiş deyərdin. Yenə məni qucaqladı. Yenəhər

şey yoluna düşdü.

Məcid Rəsulov yetirmələri və "Riyazi fizika tənlikləri”kafedrasının əməkdaşları arasında.

Birinci sıradasolda:1.Ofeliya. 2.Məcid Rəsulov. 3.Gülzar Vahabzadə. 4. Nailə xanım.

İkinci sırada solda:1.Qurban Bağırov. 2.Yusif Məmmədov.3.Ədalət Babayev. 4.Gülbahar xanım.

Üçüncü sırada solda: 1.Abdel-el Kadi.(Səudiyyə Ərəbistanından).2.Zakir Xankişiyev. 3.Q. Cəlilov.

Əmimin özüdə zarafatcıl idi. Özünün dediyinə görə, bir dəfə Moskvada metroda gedirmiş.Yanında da meşin yubkalı yaşlı bir qadın əyləşibmiş. Qucağında da nəvəsivarmış. Qatarın tərpənməyi ilə qıçında qəribə bir istilik hiss etməsi birolubmuş. Özündən asılı olmadan cəld ayağa qalxıbmış.

Nənə meşinyubkadan axıb əmimin şalvarını isladan suya görə üzr istəməyə başladıqda əmim deyir: