adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
18 Avqust 2021 16:00
22539
KRİMİNAL

Heroin satan şəxs yaxalanıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakini Elxan Dadaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Dadaşovun həmyerlisi Elşən Ələsgərova narkotik vasitə hesab edilən heroin satdığı aşkar edilib.

Faktla bağlı istintaq aparılır.