Hərbi vəzifəlilərin döyüş hazırlığı artırıldı - VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilib.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığının artırılması, atəş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları icra edilib.
Digər Xəbərlər

Prezident DTX ilə bağlı FƏRMAN İMZALADI

İlham Əliyev xüsusi təyinatlı avtomobili sürdü - FOTO

Prezident Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTOLAR

ƏDALƏT PARTİYASI SƏDR AXTARIR

“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib

İlham Əliyev Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - FOTOLAR

"Özünü qəsdən maşınların altına atan şəxslə bağlı tədbirlər görülür" - Elşad Hacıyev
