Hərbi prokurorluqda BQXK-nin yeni nümayəndəsi ilə görüş keçirildi
Respublika Hərbi Prokurorluğunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş başçısı Draqana Koiclə görüş keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi dövründə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunub. Görüşdə Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, Azərbaycanla BQXK arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə və uğurla inkişaf etdiyini vurğulayıb. Qarabağ münaqişəsi zamanı əsir və itkin düşmüş, saxlanılan şəxslərin və meyitlərin qaytarılması prosesində komitə tərəfindən zəruri köməyin göstərilməsinə görə təşəkkürünü bildirib. X.Vəliyev, həmçinin ermənilərin ərazilərimizdə basdırdıqları minalardan, onun bu günə qədər davam edən acı fəsadlarından bəhs edərək qonaqların diqqətini bu məsələyə də cəlb edib.
Komitənin Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koic göstərilən səmimi münasibətə görə minnətdarlığını ifadə edərək, qarşılıqlı işgüzar əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu bildirib.
Digər Xəbərlər
19 Iyun 2026 16:25
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu - YENİLƏNİB
18 Iyun 2026 11:03
"Arzum"a cəza tələb edildi
16 Iyun 2026 12:04
Məhkəmə Əli Kərimli barəsində qərar verdi
09 Iyun 2026 19:39
Arayikgilin apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanıldı - FOTOLAR
04 Iyun 2026 12:34
Müstəntiq "Arzum"un məhkəməsində ifadə verəcək
13 May 2026 18:13
Beynəlxalq axtarışda olan Hindistan vətəndaşı təhvil verildi
08 May 2026 11:52
İlk nikah pozuldu, ikinci nikah etibarlı sayıldı - Ali Məhkəmənin qərarı
06 May 2026 11:44


Bakı -°C

