Hərbi ekspert: “Bizə qarşı fəaliyyət göstərən qüvvələrin hər birini məsuliyyətə...”

“Qarabağa xüsusi tapşırıqla Kreml tərəfindən göndərilən Vardanyan layihəsi artıq iflasa uğrayıb. Ruben Vardanyanın Azərbaycan güc strukturları tərəfindən saxlanması Davit Babayanı da bu addımı atmağa vadar edib və hazırda son məlumata görə kifayət qədər yüksək dırnağarası rəhbər vəzifələrdə təmsil olunan Babayan Xankəndindən Şuşaya yola düşərək Azərbaycana təslim olmağa qərar verib və bu haqda da o, öz sosial şəbəkə hesabında açıqlama yayıb”
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspert daha sonra bunları əlavə edib:
“Biz Azərbaycan tərəfinin 300 nəfərlik bir siyahını Ermənistan tərəfinə təqdim etdiyindən də xəbərdarıq. O şəxslərin bəziləri Qarabağda, bəziləri isə Ermənistandadır. Ermənistan tərəfi əgər Azərbaycanla sülh müqaviləsindən danışırsa, Azərbaycana qarşı cinayət törədənləri də təhvil verməlidir. Bundan sonra da nə Ermənistanda, nə də Qarabağda Azərbaycana qarşı ittihamlar səsləndirən, ərazi iddiaları irəli sürən, Azərbaycanın suverenliyini, bütövlüyünü, müstəqilliyini şübhə altına alan istənilən şəxs Azərbaycan qanunvericiliyi ilə hansı ərazidə olmasında asılı olmayaraq mütləq məsuliyyət daşıyacaq. Bu bizim əsası prioritetlərimizdən biri olacaq.
Məğlub tərəf məğlubiyyətini qəbul etməlidir, onun ağır yükünü öz çiyinlərində daşımağı bacarmalıdır. Yoxsa Azərbaycanın qələbəsini gah Rusiya, gah Türkiyə, gah da İsraillə əlaqələndirənlər, indi görsünlər ki, Azərbaycan hökuməti Bakıda yerləşməklə nəzarətində olmayan ərazilərdə də hər şeydən xəbərdardır. Hər şeyi izləyirik, hər şey bizə məlum idi və həmin bizə qarşı fəaliyyət göstərən qüvvələrin hər birini bir-bir məsuliyyətə cəlb edəcəyik və bu da digərlərinə dərs olacaq”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
28 Oktyabr 2025 19:36 Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir - Prezident
28 Oktyabr 2025 18:50 Sahibə Qafarova rumıniyalı həmkarı ilə müzakirə apardı
28 Oktyabr 2025 18:15 İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
28 Oktyabr 2025 18:06 Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü - Fotolar
28 Oktyabr 2025 17:49 "Zəfərimiz bütün dünyaya səs salıb" - İlham Əliyev
28 Oktyabr 2025 17:10 Ceyhun Bayramov Omana getdi
28 Oktyabr 2025 16:27 Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı
28 Oktyabr 2025 16:26 

Bakı -°C 






