adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Mart 2018 13:06
21105
ƏDƏBİYYAT

HƏR ŞEY ZAMAN İÇİNDƏ

Roman

Tanınmış yazıçı Vaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. Adalet.az həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.


əvvəli burada


Elm Leyla kimidir, Məcnunuolan bilər

VII

Məcid Rəsulov Şəkidən qayıdanda artıq 1945-ci ilindekabr ayı girmişdi.

Onu dərhalaspiranturaya bərpa etdilər. O həm də ADU-da "Riyazi analiz” kafedrasında başmüəllim vəzifəsində çalışmağa başladı. O, "Fizika-riyaziyyat” fakultəsininbirinci və ikinci kurslarında həm mühazirə oxuyur, həm də məşğələləraparırdı. Bundan əlavə o, "Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi”üzrə tələbə seminarına rəhbərlik edirdi.

BDU-nun rektoru, əməkdar elm xadimi,A.İ.Qarayev tərəfindən Məcid Rəsulova verilmiş xasiyyətnamədə yazılırdı: "O,tapşırılan işin öhdəsindən məharətlə gəlir.”

Məcid Rəsulovun nəzərində tələbəqeyri-adi varlıq idi. O, işığıa can atan pərvanə təsiri bağışlayırdı. Elm adlıişığın başına elə hey dolanmaqdan azacıq da olsa yorulmurdu ki, yorulmurdu. Bəzəno, tələbələrin ona necə heyranlıqla baxdığını görəndə, az qalırdı ki, özünüitirsin.

İlahi, insanın baxışı necə də nurluolurmuş! Ən təmiz ürəyin sevgi şəfəqləri ilə necə şölə verdiyiniinsanın sifətinecə də əks edərmiş! Bir dəfə tələbələrindən biri ona hamının qarşısındabol-bol təşəkkür etdi. Hamının adındançox şeylər oyrətdiyi, bildiyini əsirgəmədiyi üçün ona sonsuzadək minnətdarolduqlarını bildirdi. Bu təşəkkür vəminnətdarlıq Məcid Rəsulovun ürəyini yerindən oynatdı:

-Uşaqlar, siz elə bilirsiniz ki, təkcə mənöyrədirəm? Axı, öyrətdikcə öyrənirəm. Çünki sizlərə baxanda "Təmiz vəgünahsız insanlar, ilahi və müqəddəsbaxışlar necə olur?” sualının cavabınıtapıram. Bəbəklərdə döyünən ürəkləri,üzlərdə sayrışan istəyin və arzunun, xəyalınvə romantikanın, hisslərin və duyğuların rənglərini görürəm. Allahın nəyə qadir olduğunu təsəvvür edirəm.Axırda o qənaətə gəlirəm ki, elm işıqdır. Tələbələr də, alimlər də o işığadoğru gedənlərdir. Onlar sonu olmayan yolların yolçularıdır. Ona görə ki, hərbir yolun sonu, yeni bir yolun başlanğıcıdır. İndi dərs qurtarır. İndicə zəngvurulacaqdır. Mən isə deyirəm:

- İşığa doğru!

***

Məcid Rəsulovun BDU-dakı dərsləri 1946-cıil mayın sonuna qədər davam etdi. Belə ki, Y.B. Lopatinski 1946-cı ilin yayındaUkraynanın Lvov şəhərinə köçməli oldu. Məcid Rəsulovun elmi işinin yarımçıqqalacağından ehtiyat edən Y.B. Lopatinskionu Lvova çağırmağı özünə borc bildi. Çünki Y.B. Lopatinski –M. L. Rəsulovdostluğu ağlın və düşüncənin dostluğu şəraitində riyazi təfəkkürün inkişafına təkanverirdi. Digər bir tərəfdən də elmin olduğu yerə dəvətdən alim necə boyunqaçıra bilərdi? Beləkilə, Məcid Rəsulov elmi rəhbəri Y.B. Lopatinskinin təklifivə təkidi ilə 1946-cı ilin payızından aspirantura təhsilini

LvovUniversiteti.

Məcid Rəsulov namizədlikişini burada işləmiş və dərs demişdir.

Ukrayna Elmlər Akademiyasının Lvov filialında davam etdirməli və İ.Frankoadına Universitetində dərs deməlioldu. O dövrdə Ukrayna SSRİ-yə aid edilən

Lvov qədimpolyak şəhərlərinin klassik nümunəsi idi. Lvov mühiti Məcid Rəsulovun alim, müəllimvə şəxsiyyət kimi formalaşmasında əsaslı rol oynadı. 1661-ci Ildə əsası qoyulanvə ilk vaxtlar Yan Kazimirin adını daşıyan LvovUniversiteti beynəlxalq nüfuzuilə seçilən universitetlərdən biri olub Sovet dönəmindən etibarən İvan Franko adına Universitet kimi məşhurlaşmışdı. Deyilənlərə görə, onun əsas binasında vaxtıilə Qaliçiya Seymi yerləşibmiş.

Məhz buoturuşmuş Universitetdə Y.B. Lopatinskidoktorluq dissertasiyasını çox böyük müvəffəqiyyətlə müdafiə edib, 1947-ci ildən fizika –riyaziyyat elmləri doktoruolmuşdu.

Elmi rəhbərindoktorluq, aspirantın namizədlik işi üzərində çalışdı