adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Fevral 2018 16:38
20343
ƏDƏBİYYAT

Hər şey zaman içində

Roman

Tanınmış yazıçı Vaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. "Adalət.az” həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.


əvvəli burda


İstintaq

VI

Hacı Lətif kişi cümə məscidinin sağ tərəfi ilə 20-30 addım yuxarı gedərək,Qurcanaçay üzərində salınmış kiçik körpudən keçib daha bir neçə addım irəliyeridi. Yolun sağında da, solunda da iki mərtəbəli, yaraşıqlı binalar var idi.İstədi ki, binaların kiminki olduğunu xatırlasın, xatırlaya bilmədi. Onadeyildiyi kimi soldakı binanın çox vaxt açıq saxlanan orta qapısından içərikeçdi, ikinci mərtəbəyə qalxdı. Yenə də sola döndü, yanılmasın deyə sayaraq üçüncü qapını döydü. İçəridən səs gəldi:

- Arə, kimdir?

Müracət formasındakıkobudluq Hacı Lətif kişini titrədən kimi oldu. Özünü toplayıb qapını yavaşcaaraladı. İçəridəki stolun arxasında koğaburun birisi oturmuşdu. Sanki gözləri dəbir qədər qıyıq idi. Üz-gözü xoruz pipiyi kimi qaraqarışıq qırmızı rəngəçalırdı. O, gözlərini bərəldib key-key gələn adama baxırdı. Hacı Lətif kişiözünü toplayıb soruşdu:

-Yelyan sizsiniz?

- Arə, nə sözün var?

- Hacı Lətif kişi mənəm.

-Sən müttəhimsən. Arə,bildin?

- Yoldaş Yelyan, nə danışırsınız?!

-Arə, məni tanıyirsan?Birdən-ikidən durub oturduğumuz olub?

-Xeyr!

- Bax, gör, mən sənin yoldaşınola bilərmmi? Ay musurman, musurman!

- Dədən boyda kişiyəm.

- Arə, mən dədə-mədətanımaram.

Hacı Lətif kişi birdən-birədəyişildi, səsindəki mülayimlik yoxa çıxdı:

- Onu hamı bilir. Məni nəyəçağırmısan?

- De görüm, zavodun durur?

- O, baramaaçan fabrikidi. 1917-ci ilə qədər o işlə məşğulolmuşuq.

- Sonra?

- Sonra da baramadaneşilmiş ipək almaq üçün bir neçə dəzgah gətirtdirmişdim. Onu bir qədərböyütmüşdüm.

-Daha sonra?

-1920-ci ildən onu Şurahökumətinə bağışlamışam.

-Musurman olasan, zavodbağışlayasan. Heç ağıla batan iş deyil. Zavodunda hayeslər də işləyirdimi?

- Karo, Jora, Hayqı.

-Necə idilər?

- Çalışırdım ki, yaxşıolsunlar. Nikolaya şikayət eləməsinlər.

- Tanıdığın erməni qadınlarda vardımı?

- Hələ sovet qurulmamışdanbir erməni qızı yanıma gəlmişdi. Mənim fabrikimdə olan fəhlələrə rus dili dərsikeçmək istəyirdi. Çimnaz Piriyan adında bir qız idi. Təşkil etdim, gənc fəhlələrlə söhbətləşdi, hətta, dərs keçməsiüçün otaq da ayırdım.

-Musurmandan çıxmayan iş!

- Hər dəfə dərsə gələndə Zərixanvə Züleycan adlı iki erməni qızı da özü iləgətirirdi. Fəhlələrə çox şey öyrədirdilər. Fabriki hökumətəbağışlayandan sonra onlardan xəbərim olmadı.

- Bəs onlar necə idilər?

-Sənin anan, bacınkimi. Fəhlələr arasında xətir-hörmətqazanmışdılar.

- Sən burada müttəhimsən, məndə müstəntiqəm.

Yelyan qarşısındakı vərəqə nə isə yazırmış kimi əlindəki qələmin perosununucuna üfürd