“Hər oyunda içində Quran olan çantamı qapının yanında qoyurdum…” -Türkəsilli əfsanə sovet futbolçusu…
Bu günlərdə 63 yaşını tamamlayan türkəsilli əfsanəvi futbol qapıçısı Rinat Dasayev həyatındakı ən çətin məqamlarda Quranın ona kömək etdiyini vurğulayıb.
Moderator.az bu haqda Rusiya mediasına istinadla yazır.
Milliyyətcə tatar olan ulduz qolkiper hər oyunda Quran kitabını ehtiyat əlcəklərin olduğu çantada qapının yanına qoyduğunu etiraf edib.
"Bütün ailəm inanclı olub. Və mən də uşaqlıqdan bəri ibadətlə məşğul olmuşam. Quran həmişə - evdə, məşqdə, oyunda yanımda olub. Bir dəfə matçlardan birində Quran çantamdan oğurlandı. Yəqin ki, topdaşıyan oğlanlar götürmüşdü. Mən o zaman çox üzüldüm... Quran həmişə mənə kömək edib. Yenisini almalı oldum"-deyir 1980-ci illərdə dünyanın ən məşhur qapıçılarından biri olmuş Dasayev.
"Komandada hər kəs mənim məscidə getdiyimi bilirdi. Düzdür, Sovet İttifaqında bu, müsbət qarşılanmırdı. Bir yüksək vəzifəli şəxsin bir dəfə mənə dediyi kimi: "Bu, mənim üçün mümkündür. Ancaq sizin üçün deyil. Çünki hamının gözü və qulağı sizdədir". O zaman çox şey mümkün deyildi. Məsələn, məşqdə zarafat etmək…"-deyə məşhur futbol ulduzu əlavə edib.
Xatırladaq ki, 1975-ci ildən SSRİ klublarında çıxış edən Rinat Dasaev 1991-ci ildə oyun karyerasına son qoyub. Onun sonuncu klubu İspaniyanın "Sevilya" klubu olub.
Futbol ulduzu 2018-ci ildə Bakıda - tanınmış Azərbaycan futboçusu Vəli Qasımovun 50 illik yubileyində iştirak edib... Uşaqlıqdan Dasayevin fanatı olan "KVN" ulduzu Bəhram Bağırzadə də dünya şöhrətli qapıçı ilə çəkdirdiyi fotonu öz bloqunda yerləşdirib...
Digər Xəbərlər
05 May 2024 09:57
“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB
04 May 2024 13:37Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29