"Hər oyun bizim üçün böyük təcrübə oldu" - Qurban Qurbanov
Hər oyun bizim üçün böyük təcrübə oldu. Böyük klublara, fərqli oyun sistemində oynayan komandalara qarşı çıxış etdik. İngilis komandalarına qarşı oynamaq böyük təcrübə idi.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi komandasına təşəkkürünü bildirib: “Komandama təşəkkür edirəm, çox uzun və maraqlı mövsüm keçirdilər. Hər birindən oyuna, göstərdikləri performansa görə çox razıyam. Bu gün də son oyunumuzda maksimum yaxşı tərəfdən özlərini göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra komandanı psixoloji hazırlamaq çətin idi, sona kimi oyundan qorxmadılar”.
Qurban Qurbanov “Nyukasl” azarkeşlərinə də təşəkkür edib: “Nyukasl” azarkeşlərinə təşəkkür edirəm. Bəzən bizi də alqışlayırdılar, vurduğumuz qola əl çalırdılar. Hətta Bakıya gələn azarkeşlər də çox razı qalmışdılar. Ümumiyyətlə, Bakından pozitiv notlarla qayıtmışdılar”.
Mütəxəssis bildirib ki, pley-off mərhələsindəki oyunlar komanda üçün böyük təcrübə olub: “İngilis futbolu Avropa futbolundan çox fərqlənir. Belə bir təcrübə ilə komandanı oyuna hazırlamaq bizim üçün önəmli oldu”.
Baş məşqçi gələcək barədə də fikirlərini bölüşüb: “Futbolçular həm fiziki, həm də psixoloji cəhətdən çox yükləndilər. Qarşıdakı aylarda və illərdə daha nələr edə biləcəyimizi düzgün düşünməliyik. İstərdim ki, gələcəkdə daha yaxşı oyunlar keçirək və mümkün qədər özümüzü daha yaxşı tərəfdən göstərək”.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

