adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2017 14:56
41579
MÜSAHİBƏ

«HƏR DANIŞIĞA GÖRƏ SÜRÜCÜ CƏRİMƏ EDİLƏ BİLMƏZ»

Bu fikri bizimləsöhbətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov səsləndirdi

- Cənab polkovnik,bu gün hərəkətin təhlükəsizliyinin təmin ediməsində Bakı Şəhər Dövlət Yol Polisiİdarəsi əməkdaşlarının üzərinə böyük vəzifə düşür. Bu vəzifəni həmin əməkdaşlar indi hansı səviyyədə yerinə yetirəbilir?

- Öncədən onu deyimki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi elə bir gün olmaz ki, hər hansı dövləttədbirində hərəkətin təhlükəsizliyini təmin eləməsin. Təbii ki, bu vəzifənin yerinəyetirilməsi əməkdaşlarımızdan çox yüksək məsuliyyət tələb edir. Yəni həmin tədbirlərinkeçirilməsi heç bir nöqsan və qüsur olmadanhərəkətin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Başqa sözlə demiş olsaq,bu tədbirlər zamanı yol polisi öz peşəkarlığınılazımi səviyyədə yetirən yetirir.

- Amma gəlin onunlarazılaşaq ki, bir çox halda Bakı şəhərində nəqliyyat vasitələrinin idarə olunmasızamanı qəzalar qaçılmaz olur. Yəni bəzi hallarda hətta ölümlə nəticələnin hadisələrbaş verir. Buna necə baxırsınız?

- Bir faktı qeydedim ki, bu gün Bakı şəhərində yüz minlərlə nəqliyyat vasitəsi avtomobil yollarındahərəkət eləyir. Aydındır ki, bu hərəkət zamanı həm sürücülər, həm də piyadalar yolhərəkət qaydasını tez-tez pozurlar. Təbii ki, belə olanda da hər hansı qəza qaçılmazdır.Amma mən bir o şeylə razılaşa bilmirəm ki, hər hansı yol-nəqliyyat hadisəsi başverəndə bunun məsuliyətini birmənalı olaraq çoxları polisin üzərinə atır. Məsələn,deyir ki, polis hərəkətin təhlükəsizliyini təmin eləsəydi, bədbəxt hadisədə də başverməzdi. Bax, bu cür fikirlər istər-istəməz ədalətsizlik yaradır. Yəni hər hansıqəzanın baş verməsində ilk növbədə hadisələr araşdırılmalı, aydınlaşdılımalı vəbundan sonra konkret nəticəyə gəlmək mümkündür. Əlbəttə, sükan arxasında əyləşənhər bir sürücüdən çox şey asılıdır. Əgər sürücü peşəkardırsa, təcrübəsi varsa, ohər hansı qəza vəziyyətindən da çıxmağı bacaracaq. Amma elə hadisələr var ki, ovəziyyətdən sağ-salamat çıxmaq və xilas olmaqmümkün deyil.

- Cənab polkovnik,sizin sözünüzə qüvvət olaraq bir fikri xatırlatmaq istəyirik ki, hər hansı avtoxuliqan,yaxud da «atasının gül balası» sürət həddini aşaraq saatda 180-190-la hərəkət edirsə,aydındır ki, belə bir məqamda onu hər an ölüm gözləyir…

- Mən də onu deməkistəyirəm da. Elə sürücü var ki, yol hərəkəti qaydasına qətiyyən əməl eləmir. Dahadoğrusu, bu cür sürücülər birmənalı olaraq elə avtoxuliqan adlandırılmalıdır. Oyüksək sürətlə nəqliyyat vasitəsini idarə edir, polisin «saxla!» əmrinə tabe olmur, digər avtomobillər üçün qaza şəraiti yaradır, əyləci qəfil basmaqla qulaqbatırıcısəslər çıxarır və nəticədə yol polisinin süni yaratdığı tıxacla saxalınılr. Təbiiki, bu cür sürücünün başını yol polisi tumarlamayacaqvə onun barəsində çox ciddi ölsü götürəcək və hətta işlər tədbir görülmək üçün məhkəməyəgöndəriləcək.

- Məhkəmə dediniz,yadımıza avtoxuliqanlarla bağlı çıxarılmış məhkəmə qərarları düşdü. O məhkəmə qərarlarınabaxanda neçə-neçə avtoxuliqan 15-30 gün müddətinə azadlıqdan məhrum edilib. Sizcə,bu cür sərt addımların atılması «ataların gül balalarının» qarşısını alırmı?

- Xüsusən gecə reydlərivaxtı əməkdaşlarımız sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən və eyni zamandapolisin əmrinə tabe olmayan çoxlu sayda sürücülər saxlayır. Bəzən elə olub ki, əməkdaşlarımız gecə saatlarında keçirdikləri reydlər zamanı50-yə yaxın sərxoş sürücü saxlayıblar və onlarmüayinə edilərkən spirtli içki qəbul etməkləri aşkarlanıb. Üstəlik də, bucür ərköyün sürücülər polisə tabe olmayıb, aradan çıxmağa çalışıblar və digər nəqliyyatvasitələrinin sürücüləri üçün qəza şəraiti yaradıblar. Siz deyin, belə sürücüyəqarşı biz nə etməliyik? Onları ancaq sərt cəzalar nəticəsində intizama dəvət etməkmümkündür.

- Cənab polkovnik,təkrarən avtoxuliqanlıq edən sürücülər olubmu? Daha doğrusu, bu cür sürücülər ikincidəfə saxlanılarkən nə deyiblər? Heç hərəkətlərindən, əməllərindən utanıb-qızarıblarmı?

- Nə gizlədim, əgəronları da bir balaca məsuliyyət hissi və yaxud mədəniyyət olsaydı, ikinci dəfə spirtliiçki qəbul edərək avtoxuliqanlıq eləməzdilər. Əgər bunlar ikinci dəfə bu addımıatırlarsa və məhkəmə də təbii ki, onlar barəsindədaha ciddi cəzalar təyin edir. Belə ki, həminsürücülər bir neçə il sürücülük hüququndan məhrum edilir, üstəlik də barələrindəotuz sutkadan çox həbs cəzası müəyyənləşdirilir. Hələ siz onu bilmirsiniz ki, eləsürücülər var üçüncü dəfə də avtoxuliqanlıq eləyirlər…

- Vaqif müəllim,hərəkətin təhlükəsizliyinin təmin edilməsində piyadaların da bu və ya digər dərəcədəməsuliyyətləri var. Məsələn, onlar yeraltı və yerüstü keçiddən deyil, birbaşa Bakıdahərəkətin intensiv olduğu yerdən keçmək istəyirlər və bu zaman da piyadavurma hallarıbaş verir.

- Sizin özünüz dəbizim keçirdiyimiz reydlərdə dəfələrlə işitrak etmisiniz və görmüsünüz ki, keçidolduğu yerdə əksər piyadalar ordan istifadə eləmirlər. İstər uşaq olsun, istər gəncolsun, istərsə də yaşlı adam. Elə hamısı yolun hərəkət hisəsindən keçməyə çalışır.Onlara irad tutmağa çalışanda biri deyir xəstəyəm, biri deyir tələsirəm, biri dədeyir ki, fikirliyəm. Amma onlar bilmirlər ki, hər an nəqliyyat vasitəsi onları vura bilər.

-Cənab polkovnik, səhv eləmiriksə, bu ilin doqquz ayı ərzində onminlərlə piyada barəsindəinzibati tədbirlər görülüb…

-Yox, səhv eləmirsiniz. Sizin fikrinizə bir aydınlıq gətirmək istəyirəm: bu ilindoqquz ayı ərzində yüz minə yaxın piyada Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarıtərəfindən cərimə olunublar. Onların hər biri iyirmi manat məbləğində cərimə edilib.Amma gəlin görək, cərimə edilən piyadaların hamısı o cəriməni ödəyibmi? Təəssüflədeməliyik ki, cərimənin böyük hissəsi piyadalar tərəfindən ödənilməyib. İndi bizgələcəkdə düşünürük ki, o cəriməni ödəməyən piyadalar məhkəməyə verilsin və məhkəməninqərarından sonra həmin adamlar yəqin ki, o cəriməni ödəyərlər.

-Son vaxtlar mətbuatda və müxtəlif saytlarda belə bir fikir səsləndi ki, sürücülərsərnişinlə danışdığına görə, cərimə ediləcəklər. Sözün düzü, bu xəbər sürücülərarasında müəyyən narazılıqlar yaradıb.

-Hər hansı məsələ bəzən media tərəfindən çox qabardılır və şişirdilir. Bu məsələ indinin söhbəti deyil. Çünki «Yolhərəkəti haqqında» Qanunda sürücünün nəqliyyat vasitəsini idarə edərkən fikrininyayınması ilə bağlı koknkret maddə var. Və həmin maddə də qüvvədədi. Bu o deməkdirki, sürücü avtomobili idarə edərkən fikrini cəmləmirsə, geri dönüb kiminləsə söhbətedirsə, bax, bu zaman qanun pozuntusu yaranır. Yoxsa hər söhbətə görə, sürücü cəriməedilə bilməz. Bunu da hər bir sürücü başa düşməli, anlamalıdır və narahatlığa daheç bir əsas yoxdur.

- Gecə reydlərinizdavam edirmi? Çünki gecə reydləri zamanı çoxlu sayda sərxoş sürücülər və avtoxuliqanlaraşkarlanıb…

- Elə bir gün olmazki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi reydlər keçirməsin. Gecə reydləri də mütəmadiolaraq davam eləyir. Amma əvvəlki vaxtlara nisbətən spirtli içki qəbul edən sürücülərinsayı xeyli azalıb. Yəni keçirilmiş reydlər hadisələrin aşağı enməsində önəmli roloynayıb. Birincisi, bəzi sürücülər maariflənib, ikincisi isə spirtli içki qəbuledən sürücü «Ayıq sürücü» xidmətindən istifadəeləyir. Və eyni zamanda artıq bir çox sürücülər düşünür ki, sükan arxasında sərxoşvəziyyətdə olsa, yol polisi tərəfindən saxlanılacaq və cərimə ediləcək. Ona görə də elə bəribaşdanspirtli içki qəbul eləmir. Gecə reydlərində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin11-ci tağımının (komandir Mərdan Əliyev) və 8-ci tağımının (komandir Nurlan Əliyev)əməkdaşları daha fəal mübarizə aparırlar. Belə ki, hər iki tağım reyd zamanı sərxoşsürücülər və avtoxuliqanlar aşkar etməkdə peşəkardılar.

- Vaqif müəllim,yol polisi intizamsız sürücülərə qarşı həmişə ciddi mübarizə aparır. Amma yaxşıolmazmı ki, bir mükafat təsis eləyəsiniz və onun da adını qoyasınız «İlin ən yaxşısürücüsü». Təbii ki, intizamlı, mədəni və insanlara hörmət bəsləyən sürücülər dəvar. Bax, onları qiymətləndirsəniz, bu özü də ən yaxşı təcrübə və metod sayıla bilər…

- Biz bu cür sürücüləridə yaddan çıxarmırıq. Xüsusən səkkiz martda xanım sürücüləri yada salır, onlarımükafatlandırırıq. Şəhərin bir neçə yerində intizamlı sürücülər saxlanılaraq onlaragül dəstəsi verilir və müxtəlif hədiyyələr bəxş edilir. Təbii ki, bu ənənə hər ildavam eləyir. Qaldırdığınız məsələ də çox önəmli bir işdir və gələcəkdə çalışacağıqki, həmin o «İlin ən yaxşı sürücüsü»nü də aşkarlayaq və mükafatlandıraq.

- Biz «Ədalət» qəzetiolaraq yol polisinin həmişə yanında olmuşuq. Yəni sürücülərin və hərəkət iştirakçılarınınmaarifləndirilməsində onların keçirdiyi reydləri işıqlandırmışıq. Sizə elə gəlmirki, bu gün yol polisinin tədbirlərinin ictimaiyyətə çatdırılmasının böyük əhəmiyyətivar…

- Mən yol polisisnəkömək elədiyinə görə, «Ədalət» qəzetinin təsisçisi və baş məsləhətçisi Aqil Abbasavə yaradıcı kollektivə öz minnətdarlığımı bildirirəm. «Ədalət» qəzeti yeganə mətbuatorqanıdır ki, təmənnasız olaraq yol polisinin bütün tədbirlərini mütəmadi olaraqdiqqətdə saxlayır və onu cəmiyyət arasında təbliğ edir. Bu da hərəkət iştirakçılarınınmaariflənməsində və savadlanmasında çox böyük rol oynayır. Mən bir daha «Ədalət»ərəhbərlik və öz adımdan təşəkkürümü bildirirəm.

- Cənab polkovnik,yazımızın sonunu bir lətifə ilə tamamlamaq istəyirik:

- Bir dəfə yol polisireyd keçirir və fikirləşir ki, ən yaxşı sürücünü mükafatlandırsın. Ona min manat məbləğində mükafatversin. Bir sürücü stasionar postda saxlanılır. Yol polisi əməkdaşı görür ki, busürücü kəməri taxıb, normal sürətlə hərəkət edir və çox mədənidi. Yol polisi sürücüyəmüraciət edərək deyir:

-Siz ən intizamlı sürücü kimi min manat mükafata layiq görülürsünüz, buyurun, mükafatıqəbul edin! Amma deyin görək, bu pulu alanda hara xərcələyəcəksiniz?

Sürücübaşını qaşıyır və dillənir:

-O pulu alan kimi özümə «prava» alacam.

Yanındakıxanımı hərəkətə gəlir:

-Rəis, bunun sərsəm-sərsəm danışdığına fikir vermə. Həmişə araq içəndə belə qatıqlayır.

Arxadaoturan başqa sərnişin isə deyir:

-A kişi, sizə demədim ki, oğurluq maşınla uzağa getməyəcəksiniz?

Maşınınyük yerində olan adamın səsi gəlir:

-Bəs postu keçməmişik?!


Söhbətiyazdı: Faiq QİSMƏTOĞLU