adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Aprel 2019 14:50
7079
MƏMLƏKƏT

Həqiqətdir amma dəhşətli həqiqət

Aprel şəhidi Mahir Mirzəyevin statusu:

"Beş dəqiqəsonra ölsən kimin vecinə olarsan görəsən? Çox dəyər verdiyin internetsaytlarının feysbuku? Ən çox bu ola bilər: Dostumuzu itirdik nəbilim nə... Ürəyimizdəsən.Açılan mövzuya təşəkkürlər, layklar bəlkə hamı imzasına səni qoyar, yazılaryazar filan. Amma həqiqətən kimin vecinə olarsan? Yoxluğun kimi yıxar? Kim səniaxtarar? Kim darıxar? Kim ağlayar? Sevgilin? Yoox... Çox aşiq idizsəbir-birinizə ən çox 1-2 il heç kimlə görüşməz, heç kimə baxmaz. İlk əvvələrdəçox ağlayar bəlkə. Bəs sonra? Evdə səni gözləyər? Yox. Səni sevərək ölər? Yox. Unudularsan. Çünki həyat davam edir. Həqiqətənbu dünyaya nələrsə qoyduğunu fikirləşərsən ancaq heç nə. Heç kim məni unutmazdeyərsən. Ancaq unudulub gedərsən. Həyat belə bir şeydi. Qəbul etsən də, etməsəndə. Həqiqətən kim sənin yoxluğuna əhəmiyyət verər? Dostun? Yox... Zamanla o daunudar səni. Hamı kimi. Sən necə hamını unuda bilirsən, hamı da səni unudar.Ancaq sadəcə ailən kədərlənər. Həqiqətənonların ən çox ürəyi yanar. Amma onlar da zamanla unudar. Ağrını zamanlaarada xatırlayandan olar. Qəbul etsən də, etməsən də. Beş dəqiqə sonra ölsənkimin vecinə olarsan?”