adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Yanvar 2019 17:31
12981
KRİMİNAL

Həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb


ŞirvanApellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilənMamed Əliyevinbarəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Adalet.azın xəbərinə görə, hakimEtibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elanolunub.

Qərara əsasən, M.Əliyevapellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 3il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, hadisə 2018-ci il martın21-də, Novruz Bayramı günü Ağcabədi rayon Taxta körpü qəsəbəsi H.Əliyevprospektində baş verib. Həmin ərazidə M.Əliyev sərxoş vəziyyətdə öz mobiltelefonu ilə yüksək səslə danışarkən həmyerlisiCahil Əlvəndovonairad bildirib. Daha sonra hər iki şəxs arasında mübahisə düşüb.Bu zamanC.Əlvəndov M.Əliyevin sifət nahiyyəsinə yumruq zərbəsi vurub. M.Əliyev isə üzərində gəzdirdiyi bıçaqla onubir zərbə endirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsininhökmü ilə M.Əliyev 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkumolunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.