adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Sentyabr 2016 17:48
15410
ƏDƏBİYYAT

Həmyerlimizin əsəri Nyu-York konfransında

Dünyaədəbiyyatının böyük hadisələrindən hesab edilən Yazıçıların 2016-cı ilBeynəlxalq Nyu-York Konfransı öz işini başa çatdırdı.

   

Adalet.azkulis.az- aistinadənverdiyi xəbərə görə, müasirdünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə dəyazıçıyla ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən,rəsmən Writers Digest Annual Conference adlanan bu konfrans Nyu-Yorkun HiltonMidtown otelinin konfrans zalını bir neçə gün ərzində əsl ədəbiyyat aurasınabürüdü.

 

Burada MatyuKuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimitanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən «Tarixi roman üçün tədqiqat»,«Dinamik xarakterlərin yaradılması», «Uğurlu müəllif olmağın sirləri», «Dramjanrı müasir dönəmdə», «Xorror və detektiv ədəbiyyat bu gün» kimi maraqlıseminarlar keçirildi, «Müəlliflər üçün marketinq strategiyası» adlı çox faydalıtəlim baş tutdu.

   

Şübhəsiz,konfrans çərçivəsində ən diqqətçəkən məqam pitçinq – uğur qazanacağı ehtimaledilən nəsr əsərlərinin ədəbi agentlər və redaktorlar üçün prezentasiyası oldu.Bu il ilk dəfə Nyu-York Konfransının pitçinq siyahısına MDB məkanını təmsiledən yazıçıların da əsərləri daxil edilmişdi: Aleksandr Qritsenko, AndreyAksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili,Viktoriya Balaşova və həmyerlimiz Varis Yolçuyev.

   

Amerika ədəbiagentlərinə və redaktorlarına Varisin Bakıda və İstanbulda çap edilən, Moskvadaçapa hazırlanan «Yetmiş yeddinci gün» romanı təqdim edildi.

   

Qeyd edək ki,pitçinq hüququ əldə edilmiş bütün sinopsislər Writers Digest Annual Conference2016-nın rəsmi kataloquna salınaraq daha böyük arealda yayılmaq imkanı qazanır.

   

Konfransın MDBüzrə agenti Lyn Menkenin verdiyi açıqlamaya görə keçmiş Sovetlər Birliyiyazarlarının əsərləri fərqli təəssürat axtaran Amerika ədəbi agentlərinin vəredaktorlarının böyük marağına səbəb oldu!

   

Xatırladaq ki,Varisin Amerikada debütü ötən il baş tutub, «Metamorfoz» romanı nəşriyyathesabına çap edilərək satış şəbəkəsinə buraxılıb.