adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Oktyabr 2018 10:15
7019
SİYASƏT

HƏMSƏDRLƏR ÜÇ ALMANI YERƏ DÜŞMƏYƏ QOYMUR

Ağlıkəsəndən nağıllarla yatan, nağıllarla oyanan , nağıllarla yaşayan, nağıllara inanan, işıq gələn tərəfə yox, it hürən tərəfəgedən, ətini kəsib qurd-quşa yedizdirən , ömrü boyu Ağ Atlı Oğlan gözləyən xalqımız beş rayon nağılından yaman sevindiriyədüşüb. Qəzetələrimiz də bu beş rayon nağılınıelə bərli-bəzəkli təqdim edirlər ki, heç uydurma Azərbaycan nağıllarını Sovet ideologiyasının diqtəsi ilə yazan Məmmədhüseyn Təhmasib bu beşrayon və ya yeddi rayon nağılını bucür qurub-qoşa bilməzdi.

Ölkəmizin bir nömrəliqaçqını Həsənqulu telefon açıb soruşurki, Məllim, qəzetələrdə oxudum ki, Ermənistanbeş rayonu qaytarır, o nağılın axırı nə təhər oldu?

Məndə dedim ki, hər nağılın axırında göydən üç alma düşür. İndi ATƏT-in amerikalı, fransalıvə urusiyalı həmsədrləri hərəsi həminalmaların birini tutub,qoymur yerə düşə. Gərək onları rədd edibqovaq ki, almalar yerə düşsün, nağıl da bitsin.