Hemofiliya xəstələrinin SAYI AÇIQLANDI
2024-cü il ərzində hemofiliyalı xəstələrin vahid elektron registrində 1744 xəstə qeydiyyatda olub.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.
Məlumatda bildirilib ki, onlardan 1177-i Hemofiliya A, 168-i Hemofiliya B, 242-i von Willebrand, 157-i isə digər laxtalanma pozuntulu xəstələrdir. Hemofiliyalı xəstələr qanaxmaların profilaktikası məqsədilə plazma və gen mühəndisliyi yolu ilə alınan qan faktor preparatları ilə təmin olunub. İnhibitorlu xəstələrin sayı 40 nəfər olub və onlardan proqram çərçivəsində 8 xəstə innovativ dərman preparatı olan "Emisizumab" ilə təchiz olunub.
Qeyd edək ki, 2022-ci ildə ölkəmizdə 1737 hemofiliya xəstəsi olub.
Digər Xəbərlər
16 Dekabr 2025 18:13
6 yaşlı Ucalın köməyinizə ehtiyacı var - FOTO
16 Dekabr 2025 10:07
Xəstənin yaşayış yerində epidemioloqun vəzifələri
16 Dekabr 2025 10:02
Gigiyena və Epidemiologiya Mərkəzinin vərəm ocağında vəzifələri nədən ibarətdir?
15 Dekabr 2025 10:18
Könül Vəlibəylinin qızı palataya köçürüldü
14 Dekabr 2025 12:30
Özəl klinikalar bağlanmalıdır?
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54


Bakı -°C

